05 Avqust 2020 19:35
979
DÜNYA
A- A+

Dünyada 700 milyon nəfər su çatışmazlığından əziyyət çəkir

Dünyanın 43 ölkəsində təxminən 700 milyon sakin su çatışmazlığından əziyyət çəkir.Hər il ən azı bir ay su çatışmazlığı qeydə alınanregionlarda 2,7 milyard nəfər yaşayır.

Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, şirin su dünyanın su ehtiyatının yalnız 2,5 faizini təşkil edir, içməli suyun 70 faizi buzlaqlardadır.Ümumdünya Səhiyyə Təşkilatı bildirmişdir ki, bu gün 785 milyon nəfərin içməli suya çıxışı yoxdur, 144 milyon nəfər təmizlənməmiş su istehlak edir.Dünyada azı iki milyard nəfər çirkab su ilə qarışıq içməli sudan istifadə edir ki, bu da vəba, ishal, yatalaqvə poliomiyelitkimi xəstəliklərin yayılması təhlükəsi yaradır.

BMT-nin məlumatına görə, dünyada su istehlakı altı dəfə artmışdır və bu rəqəm artmaqda davam edir.Təşkilatın mütəxəssislərinin proqnozlarına görə, 2050-ci ildə bəşəriyyətin 40 faizi içməli su qıtlığı stresi altında yaşayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video