05 Avqust 2020 19:23
666
DÜNYA
A- A+

“Forbes” Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini müəyyən edib


"Forbes Middle East” jurnalı Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmeninin adlarını açıqlayıb. "Yaxın Şərqin ən bəyənilən brendlərinin sahibələri” adlı müsabiqənin qalibləri innovasiyaları tətbiq etməklə texnoloji nailiyyətlərə imza atan və dünyada ən sevilən brend məhsullar yaradan zərif cinsin nümayəndələridir.

AZƏRTAC xəbər verir ki, siyahıya daha çox moda sənayesinə yeniliklər gətirən Yaxın Şərq mənşəli qadınlar daxil edilib. Onların arasında məşhur Hollivud ulduzlarının geyim dizayneri Rem Akra, zərgərlik məmulatları brendini yaradan misirli Azza Fəhmi və qızları, ötən il 610 milyon dollar qazancı ilə "Forbes”in siyahısına daxil edilmiş iraqlı Huda Kəttan ilk üçlükdə yer alıblar.

Texnoloji brend kateqoriyasına isə bir sərmayəçinin cüzi yardımı ilə 50 milyon dollar qazanan "Mumzworld” brendinin yaradıcıları Muna Ətaya və Lena Abi Xəlil başçılıq edirlər. Siyahıda Səudiyyə Ərəbistanı, Mərakeş, fələstinli xanımlar da yer alıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video