Alternative content

21:35 24 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb-forumu başlayıb
Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb-forumu başlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:45 05.08.2020

"Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb-forumuna start verilib.

AZƏRTAC xəbər verir ki, onlayn formatda keçirilən forumun əsas məqsədi ölkəmizin hərtərəfli və davamlı inkişafı istiqamətində könüllülərin fəaliyyətini, xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının geniş yayılmasına qarşı həyata keçirilən tədbirlərdə fəal iştirakını müzakirə etmək, gənclərin aqrar sahəyə marağını daha da artırmaq, onların fərdi inkişafı və vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.

Forumun açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı yeni mərhələyə qədəm qoyub. Nazir qeyd edib ki, dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Könüllülük hərəkatının inkişafına dövlət dəstəyinin gənclərin bu sahəyə marağını daha da artırdığını deyən nazir İnam Kərimov ölkədə müxtəlif sahələr üzrə könüllülük təşkilatlarının təsis olunmasını, könüllülük təşkilatlarının fəaliyyətlərinin birgə koordinasiya edilməsini müsbət hal adlandırıb.

Nazir bildirib ki, Aqrar İnkişaf Könüllüləri müxtəlif bölgələrdə məktəblilər arasında maarifləndirmə işləri aparır, gənclər arasında aqrar təhsilə marağı artırmağa çalışır: "Son iki ildə Aqrar İnkişaf Könüllüləri 40-dək layihə həyata keçirib. Bu layihələr gənclərin kənd təsərrüfatının müxtəlif sahələrinə marağını artırır, aqrar sektorun dinamik inkişafını təmin edəcək kadr potensialının formalaşmasına təsir göstərir”.

Nazir İnam Kərimov çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.

Daha sonra forum panel müzakirələrlə davam etdirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov "Aqrar təhsilin əhəmiyyəti”, FAO-Azərbaycan tərəfdaşlıq proqramının rəhbəri Namiq Məmmədov "Ərzaq təhlükəsizliyi”, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə "Aqrar sahədə məlumat bazası” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, "Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb-forumu üç gün davam edəcək. Növbəti günlərdə forumda Aqrar Kredit və inkişaf Agentliyinin sədri Mirzə Əliyev "Aqrar sahədə maliyyə mexanizmləri”, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov "Aqrar innovasiyalar”, Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov "Aqrar sahədə həmkarlar təşkilatının fəaliyyəti”, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev "Aqrar sahədə insan resurslarının idarə edilməsi”, Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar departamentinin müdir müavini Pərviz Əliyev "Aqrar iqtisadiyyat”, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı isə "Gənc menecerlərin aqrar sahəyə cəlbi” mövzusunda çıxış edəcəklər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM