Alternative content

19:26 26 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Abşeron Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib
Abşeron Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:43 05.08.2020
Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən görülmüş işlərlə yaxından tanış olmaq üçün avqustun 5-də Gənclər və İdman naziri Azad Rəhimov və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Abşeron Olimpiya İdman kompleksinə baxış keçiriblər.

İyulun ilk həftəsindən təyinatının müvəqqəti dəyişdirilməsi işlərinə başlanılmış kompleksdə xəstələrin müvafiq həcmdə bərabər və təhlükəsiz şəkildə oksigenlə təminatı üçün stansiyadan palatalara xüsusi tibbi mis borular çəkilib, binanın daxilində müasir paylayıcı avadanlıqlar quraşdırılıb. Çarpayı sayına uyğun palatalarda divar tipli oksigen ötürücü, tənzimləyici və nəmləndirici avadanlıq və maskalar yerləşdirilib.

Kompleksdə COVID-19 xəstələrinin müalicəsində zəruri hesab edilən oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün qısa müddətdə Türkiyədən alınan 54 kub/metr gücündə müasir Oksigen İstehsalı Stansiyası quraşdırılıb. Stansiyada 75 kVt gücündə Ekomak kompressoru, qurutma-soyutma qurğusu, 54 kub/metr (900 litr/saniyə) gücündə, 95 faizdən artıq saflıqda oksigen təmin etmə imkanı olan Medisam oksigen generatoru, xüsusi filter dəstləri və digər avadanlıqlar da var. Eyni zamanda, stansiyada ehtiyat oksigen tutumları quraşdırılaraq onların avtomatik təchizata qoşulmasını təmin edən 150 kub/saat gücündə idarəetmə sistemi yaradılıb. Stansiyaları elektrik enerjisi ilə təmin etmək üçün yeni xətlər çəkilib.

Kompleksin binaları funksional zonalara bölünərək xəstələrin qəbulu və evə yazılması, tibb heyətinin binaya təhlükəsiz giriş-çıxışı, qida və digər malların binaya qaydalara uyğun şəkildə qəbul edilməsi və paylanması üçün lazımi keçid şlüzləri yaradılıb. Binada dərman və dezinfeksiya vasitələrinin, tibb heyətinin qoruyucu vasitə və geyimlərinin, digər malların saxlanması üçün anbarlar, həkim otaqları, növbətçi tibb bacısı postları və digər zəruri otaqlar yaradılıb. Palatalar müvafiq sayda tibbi çarpayılar, rəflər, yataq dəstləri və dəsmallarla təchiz edilib.

Abşeron Olimpiya İdman Kompleksinin 3 idman zalında və foyesində müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 277 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı yaradılıb. Tibb heyətinin istirahət və yaşayışı üçün kompleksin 45 nəfərlik mehmanxanasından istifadə etmək nəzərdə tutulub. Kompleksdə fəaliyyət göstərən yeməkxana və camaşırxana da tibb heyətinin istifadəsinə veriləcək.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM