05 Avqust 2020 11:08
709
Mədəniyyət
A- A+

Gənclər Kitabxanası Milli Qəhrəman Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb


Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fəaliyyət göstərdiyi uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna xüsusi diqqət ayırıb, bu sahədə gəncləri maarifləndirməyi ən mühüm vəzifəsi hesab edib. Bu məqsədlə kitabxananın sosial şəbəkələrində Fəxrəddin Cəbrayılov, Şükür Həmidov, Salatın Əsgərova, Albert Aqanurov, Fərid Əhmədov, Yuriy Kovolyov, Şahlar Şükürov, Aqil Məmmədov və başqaları haqqında videoçarxlar hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu gün də kitabxana Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb. Virtual sərgi kitabxananın sosial şəbəkələr üzərindən həyata keçirdiyi "Tariximizin qəhrəmanlıq imzası” layihəsi çərçivəsində təşkil olunub. Virtual kitab sərgisində Mübariz İbrahimovun həyatı, döyüş yolu, qəhrəmancasına həlak olması, hətta səngərdən ailəsinə yazdığı məktub belə öz əksini tapıb. Bundan əlavə Azərbaycanın qəhrəman oğlu haqqında qələmə alınan 15-dən çox kitab da sərgidə yer alıb.

Gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldəlməsinə, izləyicilərimizi Azərbaycanın Milli qəhrəmanı haqqında məlumatlandırmağa yönəldilmiş bu virtual kitab sərgisi qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplayıb.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının "Əfsanəvi qəhrəman” adlı virtual kitab sərgisi ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://www.instagram.com/p/CDLn0PPhqMo/

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video