Alternative content

20:34 26 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsmayıllının yüksəlişi davamlı və sürətlidir
İsmayıllının yüksəlişi davamlı və sürətlidir
ANA SƏHİFƏ / SİYASƏT
08:11 05.08.2020

Azərbaycan üçün xarakterik olan keyfiyyət göstəricilərindən biri qlobal kataklizmlərin baş verdiyi və dərinləşdiyi həssas dönəmlərdə belə öz yolu ilə inamla addımlamasıdır. Xüsusən iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan dövrlərdə Azərbaycan bütün böhranlardan layiqincə çıxıb və həyata keçirilən islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bunu pandemiya dövrünün reallıqları da təsdiq edir.

Milli Məclisdə 86 saylı İsmayıllı seçki dairəsini təmsil etdiyim üçün əsasən bu rayonla bağlı görülən işlərdən bəhs etmək istəyirəm. Mən, ilk növbədə, pandemiya dövrünə baxmayaraq rayonumuza səfər etdiyi üçün İlham Əliyevə dərin və sonsuz minnətdarlığımı bildirirəm. İsmayıllı ictimaiyyəti, böyükdən kiçiyə hər kəs bu səfəri ölkə rəhbərinin rayona və onun sakinlərinə yüksək diqqət və qayğısının təcəssümü kimi qəbul edir.

İsmayıllı həm gözəl və mənzərəli təbiəti olan, həm də qədim el sənətlərini qoruyub yaşadan və inkişaf etdirən rayonlardan biridir. Uca zirvələri, bumbuz və gursulu çayları, təmiz havası, yaşıllığa bürünən dilbər gözəlliyi, ilin bütün fəsillərində təbiətinin əsrarəngiz mənzərəsi ilə insanın ruhunu oxşayan rayonun inkişafı doğrudan da qürurvericidir. Ötən 17 ildə Prezident İlham Əliyev bir neçə dəfə İsmayıllıda səfərdə olub. Reallıq ondan ibarətdir ki, dövlət başçısının hər səfəri rayonun həyatında dərin iz buraxıb, onun yüksəlişinə, turizm potensialının hərəkətə gətirilməsinə təkan verib. Rayonda Olimpiya İdman Kompleksi tikilib, mərkəzi xəstəxanası, mədəniyyət mərkəzi əsaslı təmir olunub, Peşə Tədris Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə yaşayış binaları inşa edilib, 40-dan artıq ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bununla yanaşı, İsmayıllı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, rayonda iri sənaye, kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, 10 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Bu baxımdan cənab Prezidentin sonuncu səfərinin də İsmayıllının inkişafına böyük töhfələr verəcəyi şübhəsizdir.

Xatırladım ki, cənab İlham Əliyevin bundan əvvəl İsmayıllı rayonuna səfəri 2018-ci il avqust ayının 25-də olmuşdu. Həmin il keçirilən prezident seçkilərində inamlı qələbə qazanan İlham Əliyevin ilk səfərlərindən birini məhz İsmayıllıya etməsi bütün rayon ictimaiyyətininn dərin sevincinə səbəb olmuşdu.

Prezident İlham Əliyevin İsmayıllıya sonuncu səfəri göstərdi ki, rayonun inkişafı üçün mövcud potensialdan səmərəli istifadə olunur, həmçinin yeni infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan dövlət başçısının tanış olduğu Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsinin həyata keçirilməsi İsmayıllıdan keçərək digər rayonlara uzanan respublika əhəmiyyətli avtomobil yolunun müasir standartlar səviyyəsində yenidən qurulmasına imkan verəcək. Məlum olduğu kimi İsmayıllı spesifik relyefi olan rayondur və bəzi dağlıq ərazilərdə yolda tez-tez sürüşmələr baş verir. Lakin dövlət başçısının tapşırığı ilə həyata keçirilən yeni layihədə yolun uzunömürlü və davamlı olması üçün sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetiriləcək və bununla da problemə birdəfəlik son qoyulacaq.

Səfəri zamanı dövlət başçısının yenidənqurmadan sonra açılışında iştirak etdiyi Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu isə 2800 nəfərin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir. Bu yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına əlverişli şərait yaradır. Prezidentin 2019-cu il 25 iyun tarixli sərəncamına əsasən, ayrılan vəsaitlə tikilən Quşencə-Zoğallıq avtomobil yolu isə üç min nəfərin yaşadığı iki yaşayış məntəqəsini birləşdirir və yeddi kilometr olan bu yol yaşayış məntəqələri arasında və rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşdırıb. Ən əsası bütün bu yollar rayonda turizmin inkişafına təkan verəcək.

Respublikamızda diqqət yetirilən məsələlərdən biri də işsiz əhalinin müxtəlif layihələr çərçivəsində məşğulluğunun təmin edilməsidir. Bu baxımdan Basqal kəndində təməli qoyulan "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi İsmayıllıda işsiz sakinlərin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayacaq.

İsmayıllıda açılışı olan modul tipli xəstəxana isə dövlətimizin koronavirusla mübarizədə nümayiş etdirdiyi qətiyyətli və nümunəvi fəaliyyətinin göstəricisidir. Bu səhiyyə ocağının yaradılması İsmayıllı və ətraf rayonlarda orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin Bakıya və digər şəhərlərə aparılmadan müalicəsinin həyata keçirilməsinə imkan verəcək. Lakin inanırıq ki, dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində son günlərdə müşahidə olunan xəstəliyə yoluxma halının azalması davam edəcək və İsmayıllıdakı modul xəstəxananın təyinatı da tezliklə dəyişəcək.

Rayonun nailiyyətləri həm də Prezident İlham Əliyevin uğurlu kadr siyasətinin göstəricisidir. Nahid Bağırovun rayon icra hakimiyyətinin başçısı təyin olunmasından sonra "Coca-Cola” və "Efes” şirkətlərinin istehsal müəssisələrinin yaradılması ilə bağlı razılığın əldə edilməsi, İvanovka kəndində böyük karamel fabriki və un məmulatları fabrikinin yaradılması İsmayıllının son dövrlərdəki yeni inkişaf nümunələridir. Rayonun inkişafı və əhaliyə göstərilən xidmətlərdə müasir innovasiyalara yer verilməsi isə bütün sakinlər tərəfindən böyük razılıqla qarşılanır.

Qeyd edim ki, bu səfərdən sonra Prezident İlham Əliyevin İsmayıllı ilə bağlı 4 sərəncam imzalaması da rayon ictimaiyyəti tərəfindən təqdir olunur. Bu sərəncamlarla Sumağallı kəndində 264 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi, "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi və tikinti işlərinin aparılması, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün salınması və 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun inşası həyata keçiriləcək.

Bütün bu layihələr göstərir ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə İsmayıllının yüksəlişi davamlı və sürətli xarakter alıb.


Novruzəli ASLANOV,
Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM