Alternative content

22:36 24 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Minilliklərin mənəviyyat körpüsü
Minilliklərin mənəviyyat körpüsü
ANA SƏHİFƏ / Mədəniyyət
01:26 05.08.2020


Üç min il əvvəlki ədəbiyyatı, mənəviyyatı və bütün gələcəyi ilə birləşdirən söz məbədi – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin bu ilin payızında 70 yaşı tamam olacaq


Qədimliyi və müasirliyi, Şərqlə Qərbi özündə qovuşduran, millətləri və xalqları multikultural bayrağı altında doğmalaşdıran Bakının mərkəzində unikal dizaynlı görünüşü və milli memarlıq xarakteri ilə diqqəti cəlb edən, eyvanı mavi-yaşıl kaşılarla süslənmiş, tağlarında Azərbaycanın ölməz, klassik söz ustadlarından bir neçəsinin əzəmətli heykəlləri ucalan bir bina var. Bu, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yerləşdiyi möhtəşəm söz sarayıdır. Paytaxtın qonaq-qarasını, hətta İçərişəhər qədər heyran edir hüsnünə, hələ daxilindəki xəzinəni demirik.

70 ildən artıqdır ki, dünyada yeganə ədəbiyyat muzeyi sayılan bu müqəddəs ocaq Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir. İlk baxışdan memarlıq üslubu ilə diqqəti cəlb edən binanın tarixi ondoqquzuncu yüzilliyin ortalarından başlayır. 1850-ci ildə qədim İçərişəhəri əhatə edən Qala divarları yaxınlığında inşa edilmiş birmərtəbəli karvansaraya sonradan Bakı quberniyasının baş memarı Qasım bəy Hacıbababəyovun layihəsi ilə ikinci mərtəbə də əlavə olunur. Mülki mühəndis Aleksandr Nikitin ikinci mərtəbədə banket zalının layihəsini hazırlayır. 1915-ci ildə binanın yeni sahibi, milyonçu Hacı Hacıağa Dadaşovun istəyi ilə "Metropol” Mehmanxanasına çevrilən, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin həm yaşayış, həm də iş yeri kimi istifadə etdiyi bina 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqının ixtiyarına verilir.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində binanın Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən muzeyə çevrilməsi nəzərdə tutulur. 1943-cü ildə binanın fasadı və interyeri milli üslubda işlənərək eyvanında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən M.Füzulinin, M.P.Vaqifin, M.F.Axundovun, X.B.Natəvanın, C.Məmmədquluzadənin və C.Cabbarlının heykəlləri ucaldılır.


Zamanların dondurulmuş saat anları vitrində


Muzeyin müasir dünya standartlarına cavab verən, yenidən qurulan, tam kompüterləşdirilən, innovativ vasitələrlə zənginləşdirilən ekspozisiyasında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapıb. Ekspozisiyada nümayiş olunan qədim əlyazmaları, maddi-mədəniyyət nümunələri, rəsm əsərləri, xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, numizmatika, heykəltəraşlıq, tətbiqi sənət nümunələri, eləcə də yazıçı-şairlərin xatirə əşyaları, sənədli fotoşəkillər, xəritələr qonaqların diqqətini cəlb edən eksponatlardır.

Muzeyin yenilənmiş ekspozisiyasında monitorlar vasitəsilə ziyarətçilərə qiymətli audio-video materiallarla - müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlərlə, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış olmaq imkanı yaradılıb.

Burada daha bir neçə zal yaradılıb. Nəsrəddin Tusi, Şəms Təbrizi, Zülfüqar Şirvani, Molla Qasım Şirvaninin yaradıcılığını əks etdirən ekspozisiya, Şah İsmayıl Xətaiyə, Həsən bəy Zərdabiyə, Hüseyn Cavidə həsr olunmuş ayrıca zallar da ziyarətçilərin heyranlığına səbəb olur. Repressiya qurbanlarının faciəsini əks etdirən yeni ekspozisiyada tamaşaçılar ilk dəfə günahsız insanlara açılmış "Delo”ların fotosurətlərini görmək imkanına malikdirlər.

Muzeyin zallarını yeni-yeni rəsm əsərləri - portretlər, tablolar, illüstrasiyalar bəzəyir. Müasir Azərbaycan ədəbiyyatını əks etdirən ekspozisiya zalı qiymətli sənədlər, şəxsi əşyalarla tamaşaçıların marağına səbəb olur. Saat vitrini muzeyin ekspozisiyasına fərqli bir ahəng qatır. Görkəmli ədiblərin saatları sanki onların yazı masası arxasında keçirdiyi anlara şahidlik edir.

Muzeyin monitor zalında Azərbaycan ədəbiyyatı, mədəniyyəti, adət-ənənələri haqqında geniş məlumatı tamaşaçılar Azərbaycan, rus, ingilis, alman, fars dillərində əldə edə bilirlər. Burada Cənubi Azərbaycan və mühacirət ədəbiyyatı da unudulmayıb.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, muzeyin direktoru Rafael Hüseynov binanın əsaslı təmirdən sonra açılış mərasimində bildirdi ki, bu əzəmətli sarayın yaşı 160-a çatır: "Bütün Azərbaycan boyu nə qədər yollar çəkilib - o yolların ən vacibi Nizami Gəncəvi adına Muzeyin yoludur. Bütün Azərbaycan boyu cənab Prezidentimiz minlərlə məktəb binaları tikdirib. O məktəblərin ən vacibi Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyidir. Çünki ən böyük körpünün uzunluğu olar 50 metr, 100 metr, iki-üç, beş kilometr. Amma Nizami Gəncəvi adına Muzey bir körpüdür ki, Azərbaycanı üç min il əvvəlki ədəbiyyatı, mənəviyyatı və bütün gələcəyi ilə birləşdirir. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi bir yoldur ki, o, Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin bir neçə min illik keçmişdən başlanan, sonu bilinməyən və gələcəyə uzanan tarixini nümayiş etdirir. Bu muzey bir məktəbdir ki, buradan bütün Azərbaycan ziyalılığı keçib, öyrənib, gələcəkdə də belə olacaq...”


Qələbədən 5 gün sonra...


Muzey Azərbaycan hökumətinin qərarı ilə 1939-cu il noyabr ayının 1-də yaradılıb, bir neçə il ərzində qurulub, ekspozisiyası işlənib, elmi tədqiqatlar aparılıb. Lakin İkinci Dünya müharibəsinin başlanması muzeyin geniş kütlə üçün açılışına imkan verməyib. Muzey qapılarını tamaşaçı üzünə 1945-ci ilin qələbə bayramından 5 gün sonra - mayın 14-də açıb.

İllər boyu fəaliyyət göstərən muzey binası istismar müddətini başa vurduğu üçün dövlət başçısı onun yenidən qurulması və əsaslı bərpası üçün sərəncam imşaladıqdan sonra taleyinə işıq saçıb.

...2004-cü il dekabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin muzeyə gəlişindən sonra onun taleyinə işıq düşüb. Belə ki, 2005-ci ilin yayında əsaslı yenidənqurma və təmir-bərpa işləri başlanıb və 2009-cu ildə başa çatıb. Bu isə o deməkdir ki, əslində, bina bünövrəsindən əsaslı və yenidən qurulub. Ona görə də əzəmətliliyi birə-on qat artıb.

Muzeyin 120 mindən artıq eksponatının yenidənqurmadan öncə ekspozisiyada 1000 elementi göstərilirdi. Yeni ekspozisiyada isə artıq 25 mindən çox eksponat yer alır. Bütün zallar kompüterləşdirilib, tamaşaçıların müstəqil işləmələri üçün zallarda ayrıca monitorlar quraşdırılıb, 3 dildə informasiya bazası yaradılıb, audio-video materialları seyr etmək imkanı qazanılıb: 14 monitor və dinləmə qurğularıyla təmin edilmiş xüsusi böyük zal təşkil edilib.

Muzeyin ayrı-ayrı fondları zəruri texnika və avadanlıqla təmin olunub, eksponatlar daimi təhlükədə olduğu vəziyyətdən xilas edilib, ən müasir dünya tələbləri səviyyəsinə çatdırılıb. Beləliklə, təyinatı etibarı ilə yalnız yeni müstəqillik əldə etmiş ölkələr sırasında deyil, Yaxın və Orta Şərqdə, eləcə də 200-dən çox əməkdaşı olan, Avropada yeganə Ədəbiyyat muzeyi kimi tanınan bu mədəniyyət-mənəviyyat ocağı Azərbaycan dövlətinin qayğısı sayəsində müqayisəedilməz dərəcədə yüksək səviyyəyə çataraq, tamamilə yeni bir həyat qazanıb.


Pandemiya və silsilə videokonfranslar...


Bir sözlə, bu müqəddəs söz ocağının qorunduğu məkanın əsas missiyası xalqımızı, xüsusən də əcnəbi qonaqları Azərbaycanın zəngin ədəbi irsi ilə tanış etməkdən ibarətdir. Əlbəttə, ədəbiyyatımızın tarixi simalarının tanıdılması missiyası da onun fəaliyyətinin tərkib hissəsinə daxildir. Burada ədəbi simalarımızın yubileyləri qeyd edilir ki, bu da artıq ənənə xarakteri alıb. Məsələn, bu il iyulun 2-də Elmin inkişafı və tədris layihələri şöbəsinin elmi işçisi Tutuxanım Məmmədovanın 70 yaşı ölkəmizdəki karantin rejiminin tələbləri nəzərə alınmaqla muzeyin həyətində qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr olunan beynəlxalq videokonfrans isə iyul ayının 6-da keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və Milli Məclisin deputatı, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun moderatorluğu ilə təşkil edilən tədbirdə xaricdə və ölkəmizdə yaşayan tanınmış elm, mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən hesabat xarakterli videoçarx nümayiş olunub. Həmçinin COVID-19 pandemiyası ilə mübarizədə xarici ölkələrdə xüsusi fəaliyyətləri ilə fərqlənən 7 soydaşımızın təşəkkürnaməyə layiq görülməsi barədə məlumat verilib. ABŞ, Niderland Krallığı, Türkiyə, Ukrayna, Rusiya, Kanada, Avstriya, Çili, Dubay, Polşa, Estoniya, Fransa, İtaliya, Tailand, Gürcüstan, İspaniya və bir sıra başqa ölkələrdən videokonfransa qatılan azərbaycanlılar çıxış edərək müstəqil Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətindən, yeni növ koronavirus pandemiyası dönəmində dövlətimizin həmvətənlərimizə həssas münasibətindən, mənəvi və maddi dəstək nümayiş etdirməsindən danışıblar.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM