Alternative content

05:18 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:23 01.10.2020 Haqq yolu ilə
01:16 01.10.2020 Azərbaycan nümunəsi
01:14 01.10.2020 Qəddarlığın son həddi
01:12 01.10.2020 BİLDİRİŞ
01:12 01.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səhnə sənətinin işığında...
Səhnə sənətinin işığında...
ANA SƏHİFƏ / Mədəniyyət
01:23 05.08.2020


O, 1880-ci il mayın 9-da Bakıda dünyaya gəlib. İçərişəhərdə boya-başa çatıb. Atası Haşım tacir idi. Moskva, Varşava şəhərləri ilə ticarət əlaqələri qurmaq niyyətindəydi. Haşım dövrünə görə açıq düşüncəli idi. Təhsilə, elmli insanlara böyük rəğbət bəsləyirdi. Oğlu Əhmədlə bağlı arzularında da onun oxuması, savadlanması əhəmiyyətli yer tuturdu. Bu istəklə Əhmədi on yaşında İçərişəhərdə Axund Mirzə Cavadın molla məktəbinə aparırlar. Balaca Əhməd oxumaq həvəsi, zəkası ilə Mirzə Cavadı ümidləndirir. O, Haşıma oğlunu türk-rus məktəbunə qoymağı məsləhət görür.

Getdiyi yeni məktəbdə də çalışqanlığı, bacarığı, dərslərini yaxşı oxuması, məsuliyyətli olması ilə seçilir. Və müəllimlərinin təşəbbüsü ilə tanınmış pedaqoq, maarifçi, fəal teatr təşkilatçısı Sultanməcid Qənizadənin məktəbinə köçürülür. Təhsilini orada davam etdirib məktəbdə gələcəyin məşhur səhnə ustaları Hüseyn Ərəblinski və Mirmahmud Kazımovski ilə oxuyur.


Teatr sevdası...


Səhnə, teatr onu kiçik yaşlarından cazibəsinə salır. İlk dəfə səhnəyə isə 1907-ci ildə Balaxanıda həvəskar aktyorların hazırladıqları "Adı var, özü yox” adlı tamaşada Cənnətəli rolu ilə çıxır. Eyni zamanda xalq mərasim, oyun və əyləncələrində fəal iştirak edir.

Sonralar "Nicat” Cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru olur. 1909-cu il yanvarın 2-də Cənnətəli rolunu həmin cəmiyyətin nəzdindəki teatr truppası ilə də ifa edir.

Hələ ki çoxlarının tanımadığı Əhməd Məlikov səhnə sənətinin işığına üz tutur. Bu yolda ilk addımlarını atır. Gənc aktyoru tamaşaçılara daha çox tanıdan isə Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu” əsərindəki İblis rolu olub. 1912-ci ildə onun bu rolda şəkli əks olunan afişalar da hazırlanıb.

1908-ci ildən aktyor yoldaşları ilə birlikdə Azərbaycanın bir sıra kənd və rayonlarına gedir və tamaşalarda iştirak edir.

Əhməd Məlikovun Qəmərlinski kimi tanınmasının səbəbkarı Hüseyn Ərəblinski olub. Qəmərli kəndindən qastroldan dönərkən o, dostuna Qəmərlinski təxəllüsünü götürməyi təklif edir. Azərbaycan mədəniyyəti, incəsənəti tarixinə də Əhməd Məlikov bu adla - Əhməd Qəmərlinski kimi düşür.

1919-cu ildə Bakıdakı teatr truppaları birləşdirilib Dövlət Dram Teatrı yaradılır. Əhməd Qəmərlinski də aktyor truppasına qəbul edilir. 1921-1924-cü illərdə o, həmin teatrda çalışmaqla bərabər, Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında da fəaliyyət göstərir.

Əhməd Qəmərlinskinin repertuarı zəngin idi. Onu tamaşaçılar səhnədə müxtəlif xarakterli rollarda görürlər. İfa etdiyi "Xırs quldurbasan”da Bayram, "Lənkəran xanının vəziri”ində Mirzə Həbib, "Məşədi İbad”da Rüstəm bəy, "Pəri cadu”da Əcinnə, Təlxək, İblis, Ənrah, "Bəxtsiz cavan”da Hacı Səməd ağa, Mirzə Qoşunəli, "Ac həriflər”də Süleyman, "Dursunəli və ballıbadı”da Dursunəli, "Dəmirçi Gavə”də Zöhhak, "Otello”da Brabansio, Kassio, "Qaçaqlar”da Şpigelberq, "Dövləti-bisəmər”də Hacı Fərəc, "Xalid ibn Valid”də Romas, "Şeyx Şamil”də Amul bəy, "Əl Mənsur”da Əli və başqa rollar onu aktyor kimi şöhrətləndirir.

Əhməd Qəmərlinski 1938-1939-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Həmin teatrda Rüstəm bəy, ("Məşədi İbad”), Kəblə Qubad ("Ər və arvad”), Səməd bəy ("Lənkəran xanının vəziri”) və digər rolları ifa edir. Musiqili Komediya Teatrının səhnəsindəki hər çıxışının da ən böyük mükafatı tamaşaçı diqqəti, alqışları olur.


Kinoaktyor...


Səhnə sənətindəki xidmətlərinə görə Əhməd Qəmərlinski 1940-cı ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.

Ancaq o, yalnız teatr aktyoru kimi tanınmayıb. Əhməd Qəmərlinskinin aktyorluq qabiliyyəti kinorejissorların da diqqətindən yayınmayıb. Onu filmlərə dəvət ediblər. "Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi "İsmət” (1934), "Almaz” (1936), "Səbuhi” (1941), "Sovqat” (1942) filmlərində canlandırdığı rollar Əhməd Qəmərlinskinin kinoaktyor kimi də istedadlı olduğunu təsdiq edib.


Bədii əsərlər müəllifi...


O, bədii yaradıcılıqla da məşğul olub. Qələmə aldığı əsərlərdə ictimai həyatda baş verən mühüm problemləri əks etdirib. Əhməd Qəmərlinskinin "Cavanlar”, "Tufani-Kərbəla”, "Rüstəm və Söhrab”, "Vətən uğrunda”, "Eşq-məhəbbət”, "Məkri-zənən”, "Ziyarət nəticəsi”, "Maymaq”, "Tamahkarlıq, yaxud cavanlar məişəti”, "Partizan oğlu”, "Qazi”, "Oxumayacağam”, "Bəhlul Danəndə”, "Molla Zaman”, "Usta Qəni”, "Yusif və Züleyxa”, "Tahir və Zöhrə”, "Uşaq duası”, "Arşın malı” və başqa vodevilləri, məzhəkələri, pyesləri, təbdilləri var. Onun Molyerdən etdiyi "Zorən təbib” təbdili xüsusilə məşhurdur.

Əhməd Qəmərlinskinin tarixi və müasir mövzuda yazdığı əsərləri 1910-1920-ci illərdə Hüseyn Ərəblinski, Sidqi Ruhulla və başqa görkəmli sənətkarlar səhnələşdiriblər.

O, bu dünyada 72 il ömür sürüb. Azərbaycan mədəniyyətində, incəsənətində silinməz izlər qoymuş Əhməd Qəmərlinski 1952-ci il martın 9-da əbədiyyətə qovuşub...

Z.FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM