Alternative content

20:59 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir
“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir
ANA SƏHİFƏ / ELANLAR
01:22 05.08.2020


"Bakı Telefon Rabitəsi” MMC üzrə 2020-ci il üçün GPON layihəsinin davam edilməsini və mövcud şəbəkənin baxım işlərinin görülməsini təmin etmək məqsədilə tələb olunan fiber optik mal materialların açıq tender üsulu ilə satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 300 (üç yüz) manat (ƏDV daxil) iştirak haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına AsanÖdəniş portalı vasiətsi ilə ödəniş etdikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə tenderin əsas şərtlər toplusunu ala bilərlər.

VÖEN: 9900044741

hesab: AZ14AZPO91015461200420100157

bankın adı: Azərpoçt MMC PF 1

kodu: 691011

bankın VÖENi: 9900037711

m/h: AZ76NABZ01350100000000094944

S.W.İ.F.T: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tenderdə iştirak etmək istəyənlər 26 avqust 2020-ci il saat 11:00-dək aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1% Bank Zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

4. Tender təklifi dəyərinin 1(bir) faizii həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin olmaması haqqında vergi və sosial müvafiq orqanlarından arayış.

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

9. İddiaçılar müvafiq mallar üzrə uyğunluq sertifikatları.

10. Digər sənədlər.

İddiaçılar tender təklifini və bank təminatını 03 sentyabr 2020-ci il saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər qəbul edilməyəcəkdir.

Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyən malgöndərən iddiaçı kimi qeydə alınacaqdır.

İştirakçıların təklifləri 04 sentyabr 2020-cu il saat 11:00 dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tender qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada [email protected] Dövlət satınalmalarının vahid internet portalında aparılır.

Tender komissiyası





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM