Alternative content

06:35 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:23 01.10.2020 Haqq yolu ilə
01:16 01.10.2020 Azərbaycan nümunəsi
01:14 01.10.2020 Qəddarlığın son həddi
01:12 01.10.2020 BİLDİRİŞ
01:12 01.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qoşulmama Hərəkatına üzv ölkələrin Qeyri-Hökumət təşkilatlarının virtual əməkdaşlıq şəbəkəsi qurulacaq
Qoşulmama Hərəkatına üzv ölkələrin Qeyri-Hökumət təşkilatlarının virtual əməkdaşlıq şəbəkəsi qurulacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:02 04.08.2020

"Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni beynəlxalq layihənin icrasına başlayıb.

ADTGT-dən AZƏRTAC-a bildiriblər ki, üç ay müddətində reallaşdırılacaq "Qoşulmama Hərəkatına üzv ölkələrin QHT rəhbərlərinin onlayn görüş, müzakirə və videokonfransının təşkili və virtual əməkdaşlıq şəbəkəsinin qurulması” adlı beynəlxalq layihə iyirmidən çox ölkənin fəal vətəndaş cəmiyyəti institutlarını əhatə edəcək. Pandemiya şəraitində onlayn qaydada icra olunacaq layihə çərçivəsində Qoşulmama Hərəkatına üzv ölkələrin nüfuzlu QHT rəhbərlərinin quruma sədrlik edən Azərbaycanın müxtəlif hökumət strukturları və QHT platformaları ilə virtual tanışlıq görüşləri təşkil ediləcək. Həmçinin ölkəmizdə vətəndaş cəmiyyəti və onun təsisatlarının fəaliyyəti haqqında müzakirə aparılacaq.

Layihə çərçivəsində Qoşulmama Hərəkatına üzv ölkələrin QHT rəhbərlərinin, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, hökumət strukturlarının təmsilçilərinin, ekspert və media nümayəndələrinin iştirakı ilə "Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-lərinin əməkdaşlıq imkanları” mövzusunda onlayn beynəlxalq videokonfrans təşkil olunacaq.

Onlayn beynəlxalq tədbirin iştirakçılarının adından Bakı Bəyannaməsi qəbul olunacaq, Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-lərinin virtual əməkdaşlıq şəbəkəsinin əsası qoyulacaq. Əməkdaşlıq şəbəkəsi Azərbaycanın sədrliyi dövründə 2021-ci ildə Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-lərinin birinci forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edəcək.

Layihə çərçivəsində ADTGT Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-lərinin diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərə, eləcə də ölkəmizin ədalətli mövqeyinin müdafiəsi istiqamətində beynəlxalq ictimai dəstək kampaniyasına yönəldiləcək.

ADTGT Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrin QHT-lərinin ölkəmizin haqlı mövqeyinin təbliğində iştirak etməsinə çalışacaq. Layihənin yekununda Qoşulmama Hərəkatına üzv ölkələrdə QHT-lər, onların vəziyyəti, rolu və fəaliyyətinə dair ingilis dilində kitabın çap olunması və iştirakçı ölkələrə göndərilməsi nəzərdə tutulur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM