Alternative content

05:48 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:23 01.10.2020 Haqq yolu ilə
01:16 01.10.2020 Azərbaycan nümunəsi
01:14 01.10.2020 Qəddarlığın son həddi
01:12 01.10.2020 BİLDİRİŞ
01:12 01.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-İran əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
Azərbaycan-İran əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
ANA SƏHİFƏ / SİYASƏT
19:58 04.08.2020
Avqustun 4-də Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının İran tərəfindən həmsədri Fərhad Dejpəsənd arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, İKT, tranzit və daşımalar sahələrində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib, əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

Tərəflər iki ölkə arasında uğurla həyata keçirilmiş "Xəzər” avtomobilləri istehsal edən Azərbaycan-İran müştərək avtomobil zavodunun fəaliyyəti və digər müştərək layihələrdən məmnunluq ifadə ediblər. Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük maşınları istehsal edəcək zavodun tikintisinin başa çatdırılması, Azərbaycanda quru meyvə istehsalı və əczaçılıq üzrə birgə müəssisənin təsis olunması ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı strateji əhəmiyyətə malik "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər barədə fikir mübadiləsi aparılıb. Bu istiqamətdə Astaraçay üzərində inşası planlaşdırılan avtomobil yolu körpüsünün ölkələrimiz və region üçün əhəmiyyəti qeyd olunub.

Energetika sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi, İran, Azərbaycan və Rusiya arasında elektrik xətlərinin sinxronlaşdırılması sahəsində görülən işlərin əhəmiyyəti qeyd olunub.

Pandemiya dövründə iki ölkənin iqtisadi əlaqələrinin mövcud protokollara riayət etməklə davam etdirilməsinin və Azərbaycan ilə İran arasında ticarət və tranzit üçün sərhədlərin açıq saxlanılmasının əhəmiyyəti vurğulanıb. Eləcə də son aylarda iki ölkə arasında daşımalar və tranzit mübadiləsinin artmasından məmnunluq ifadə olunub.

Həmçinin Azərbaycan ilə İran arasında iqtisadiyyat, sənaye, daşınmalar, müştərək məhsul istehsalı və digər sahələrdəki əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq yaxın vaxtlarda aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Komissiyanın videokonfrans formatında iclasının təşkilinə dair razılıq əldə olunub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM