Alternative content

20:27 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
16:35 04.08.2020

Avqustun 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitənin sədri Tahir Mirkişili gündəlik barədə məlumat verib. Bildirib ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Əvvəlcə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Tahir Mirkişili qeyd edib ki, yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına, dünyanın enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də Prezident İlham Əliyevin tapşırığı ilə belə bir qanun layihəsi hazırlanıb və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edilib.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov büdcə layihəsinə təklif edilən dəyişikliklər və azalmaların həcmi barədə geniş məlumat verib. Nazir vurğulayıb ki, koronavirus pandemiyası ilə bağlı dünyada baş verən proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib. Cari ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. Ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, gəlirlər və xərclər arasında tarazlığın pozulması təhlükəsini yaradıb.

Pandemiyanın diktə etdiyi keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin artan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır.

Samir Şərifov vurğulayıb ki, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir. Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsrləri üzrə azalmalara daxili bazarlarda neft məhsullarına təlabatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır.

Qeyd olunub ki, dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır. Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Nazir Samir Şərifov onu da qeyd edib ki, "Büdcə sistemi haqqında” qanuna əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Dəyişikliklərlə əlaqədar olaraq "Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci il yanvarın 1-nə qədər dayandırılır.

Sonra İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova büdcə layihəsinə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini açıqlayıb. Qeyd olunub ki, nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bu azalmaların əhaliyə heç bir təsiri olmayacaq. Nəzərdə tutulan bütün sosial layihələr yerinə yetiriləcək.

Büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyinin müsbət olduğu vurğulanıb. Qeyd edilib ki, qurum ölkənin müdafiə qabiliyyətinin artırılması, pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyaclarının yaranması dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışlar formalaşdırdığına görə atılan addımları zəruri hesab edir.

İclasda "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunlara təklif olunan dəyişikliklər də birinci oxunuşda müzakirə edilib. Sənədlərlə bağlı fikirlərini bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir. Pandemiya ilə bağlı dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat ayrılması proqnozlaşdırılır. İnfeksiyanın yayılması ilə bağlı iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100 milyon manat xərc çəkiləcək. Səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon manat vəsaitin xərclənəcəyi də proqnozlaşdırılır. Bu məbləğ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş xəstəxanaların saxlanılmasına yönəldiləcək.

Nazir müavini onu da bildirdi ki, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151 235 400 manat məbləğində təsdiq edilməsi təklif edilir. Əvvəl bu rəqəm 128 235 400 manat məbləğində idi.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlardan Əli Məsimli, Vüqar Bayramov, Elnur Allahverdiyev, Rüfət Quliyev, Məşhur Məmmədov sənədlərə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər.

Maliyyə naziri Samir Şərifov və iclasda iştirak edən Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin nümayəndələri deputatları maraqlandıran məqamlara aydınlıq gətiriblər.

Sonda hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM