04 Avqust 2020 16:26
790
CƏMİYYƏT
A- A+

İsmayıllıda leysan xarakterli yağış fəsadlar törədib, çaylara sel gəlib


İsmayıllıda leysan xarakterli yağış rayon ərazisində bir sıra fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, rayondan keçən Qarasu adlanan çayda sel sularının dağlardan gətirdiyi ağac kötükləri Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisində su ötürücülərinin qarşısını kəsib. Nəticədə su yığılaraq avtomobil yolunun hərəkət hissəsinə daşıb və nəqliyyatın hərəkəti məhdudlaşıb. Yaranmış vəziyyətlə əlaqədar "9 nömrəli Yol İstismarı” MMC-nin canlı qüvvəsi və texnikaları əraziyə cəlb olunaraq, yolun qısa müddətdə açılması və nəqliyyatın hərəkətinin bərpası təmin edilib.

Həmçinin leysan yağışları rayon ərazisindən keçən Ax-ox çayda da daşqına səbəb olub. Nəticədə Xanagah kəndi ərazisində İsmayıllı şəhərinin içməli su təchizatının mənbəyində qurulmuş bəndlərə və yaxınlıqda yerləşən xlorlaşdırıcı qurğuların yerləşdiyi binaya təhlükə yaranıb. İsmayıllı "Sukanal” Sahəsi və Suvarma Sistemləri İdarəsi tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində müvafiq texnikalar əraziyə cəlb edilməklə təhlükə aradan qaldırılıb. Hazırda ərazidə texnikalar vasitəsilə təhlükəsizlik tədbirləri görülür.

Bundan əlavə, İsmayıllı-Lahıc avtomobil yoluna dağdan düşən qaya parçaları "5 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi”nin texnikalarının köməyi ilə təmizlənib, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video