Alternative content

21:16 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran Qəzvin-Zəncan dəmir yolu xəttinin tikintisini üçün 8,5 milyon dollar vəsait ayırıb
İran Qəzvin-Zəncan dəmir yolu xəttinin tikintisini üçün 8,5 milyon dollar vəsait ayırıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:21 04.08.2020

İran hökuməti Qəzvin-Zəncan dəmir yolu xəttinin tikintisini davam etmək üçün 2 trilyon rial (8,5 milyon dollar) vəsait ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Büdcə Planlaşdırması Təşkilatının rəhbəri Məhəmməd Bakir Nobuxat məlumat verib.

O bildirib ki, Qəzvin-Zəncan dəmir yolunun tikintisinə 2004-cü ildə başlanmışdı. Lakin sonralar maliyyə problemi meydana gəldi və yolun inşası yarımçıq qaldı. İran "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşməsi işində fəal iştirak edir və bu yolun çəkilişi ölkənin vilayətlərinin də ticarət əlaqələrini artıracaq.

Nəzərə çatdıraq ki, İranın Qəzvin şəhərindən Rəşt şəhərinə də dəmir yolu xətti çəkilib istifadəyə verilib. Bu yol "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin bir hissəsidir. Qeyd etdiyimiz kimi yolun Qəzvin-Rəşt hissəsi artıq istismara buraxılıb. Rəşt-Asta hissəsində işlər davam edir. İranın Çabahar və Bəndər-Abbas limanına daxil olan yüklər məhz bu yolla Azərbaycan və Rusiya ərazisindən keçərək Avropaya və əks istiqamətə daşınacaq.

Qəzvin-Zəncan yolu İranın Zəncan vilayətinin də ticarət əlaqələrini genişləndirəcək və Avropaya daşınacaq yüklərin həcmi artacaq. Zəncan İranın sənaye və kənd təsərrüfatı cəhətdən inkişaf etmiş vilayətlərindən biridir. Burada tikinti materialları, kimyəvi maddələr, meyvə-tərəvəz istehsal olunur ki, bunlarında dünya bazarına çıxarılmasına ehtiyac var. İran bu yolun tikintisini təsadüfən bərpa etmir.

Beləliklə, Qəzvin-Zəncan dəmir yolunun tikintisi İranın ixrac potensialını artıracaq və tranzit olaraq Azərbaycan üzərindən daşınan yüklərin həcmi də artacaq ki, bu da ölkəmizin büdcəsinə tranzit daşınmalarından daxil olan valyutanın həcmini artıracaq.

Məhəmməd Bakir Nobuxat bildirib ki, tikinti işləri 2021-ci ildə başlayacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM