04 Avqust 2020 13:15
705
DÜNYA
A- A+

COVID-19 pandemiyası bir milyard tələbə və şagirdin təhsilinə mane olub


Koronavirus pandemiyası səbəbindən məktəb və ali təhsil müəssisələrinin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və şagirdin təhsil prosesinə mane olub.

AZƏRTAC xəbər verir ki, bu rəqəmi BMT-nin Baş katibi Antoniu Quterriş iyul ayının ortalarına olan məlumata əsasən deyib. Onun sözlərinə görə, bundan başqa, dünya üzrə azı 40 min uşaq məktəbəqədər hazırlıqdan məhrum olub. Dərsləri online, radio və televiziya vasitəsi ilə keçmək cəhdləri bütün təhsil alanları əhatə etməyib. Hələ pandemiyadan öncə məktəbli yaşına çatmış 250 milyondan çox uşaq təhsil almaq imkanından məhrum olub, inkişaf etməkdə olan ölkələrdə isə uşaqların yalnız 25 faizi məktəbi bitirərək lazımi baza təhsili ala bilib.

"Dünya böyük insan potensialının istifadəsiz qalması, qeyri-bərabərliyin kəskinləşməsi və təhsildə əldə olunan irəliləyişin itirilməsi ilə nəticələnə biləcək "nəsil fəlakəti” ilə üzləşib”, - deyə Antoniu Quterriş xəbərdarlıq edib.

Baş katib bu səbəbdən BMT-nin "Gələcəyimizi qoruyaq” şüarı altında yeni proqramının başladığını bildirib və COVID-19 pandemiyası nəzarət altına alındıqdan sonra bütün ölkələri məktəbləri açmağa çağırıb. Təşkilat bu işdə onlara kömək etməyə söz verib. BMT-nin Baş katibi məktəblərin fəaliyyətinin bərpası nəticəsində anaların iş yerlərinə qayıdacağını da müsbət hal kimi səciyyələndirib, həmçinin ölkələri büdcə vəsaitlərini bölən zaman təhsil xərclərini prioritet etməyə səsləyib.

Proqramın daha bir hədəfi isə təhsil almaq imkanı məhdud olan insanların – böhran vəziyyətində yaşayanların, azsaylı xalqların nümayəndələrinin, əlillərin, həmçinin internetə girişi olmayan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video