03 Avqust 2020 19:48
751
CƏMİYYƏT
A- A+

Hikmət Hacıyev: Vergiödəyiciləri və sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətindəki səylər bundan sonra da davam etdiriləcək


Pandemiya başlandığı vaxtdan etibarən dövlətimiz tərəfindən sosial-iqtisadi yardım paketləri həyata keçirilir. Burada xüsusilə iqtisadi paketi qeyd etmək lazımdır. Pandemiyadan əziyyət çəkmiş vergiödəyiciləri və sahibkarlıq subyektlərinin dəstəklənməsi, həmçinin muzdlu işçilərin maaşlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi istiqamətindəki səylər bundan sonra da davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev deyib: "2020-ci il 28 iyul tarixinədək maliyyə dəstəyi almaq üçün 272 min 939 muzdlu işçisi olan 30 minə yaxın vergiödəyicisi müraciət etmişdir. Müvafiq araşdırmalar və təhlillər aparılmışdır. Nəticədə 24 min 825 vergiödəyicisinə ikinci mərhələ üzrə müvafiq ödəmələr həyata keçirilmişdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video