Alternative content

20:21 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadiyyat Nazirliyi: 7629 obyektdə sanitar-epidemioloji tələblər pozulub
İqtisadiyyat Nazirliyi: 7629 obyektdə sanitar-epidemioloji tələblər pozulub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:06 03.08.2020

İqtisadiyyat Nazirliyi ticarət və xidmət obyektlərində növbəti monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, pandemiya şəraitinin və xüsusi karantin rejiminin müvafiq qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə iyulun 30-da keçirilmiş monitorinqlər zamanı Nərimanov rayonunda "Eqoist Şirniyyatı” dükanında, "Face Studio” xidmət obyektində, Heydər Heydərova məxsus qarışıq mallar mağazasında, Sabunçu rayonunda "Grandmart Supermarket”də, Mahir Məcidova məxsus ictimai iaşə obyektində, Xətai rayonunda "Helium Mağaza”da, Əmrah İsmayılova məxsus inşaat malları mağazasında, Binəqədi rayonunda "Uşaq geyim-oyuncaqlar satışı” mağazasında, "Buta Farm" MMC-yə məxsus aptekdə, Suraxanı rayonunda "Xəzər Market”də, Lətifə Şamiyevaya məxsus şirniyyat sexində, Qaradağ rayonunda "Dönərxana online satış” ictimai iaşə obyektində, Tural Ağayevə məxsus "İçkilər və şirələr” mağazasında, Yasamal rayonunda "Faceup Beauty” gözəllik salonunda, Murad Zeynalova məxsus ət satışı mağazasında, Səbail rayonunda "Entrée Restoranı”nda, "Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə, Xəzər rayonunda "Oba Market"də, "Al Market"də, Nəsimi rayonunda Eldar İsmayılova, Şahlar Əliyevə məxsus oyuncaq, Kamran Eyubova məxsus gül mağazalarında, Nizami rayonunda İsmayıl İbrahimova məxsus ərzaq, "Hobbykitchen" MMC-yə məxsus qab-qacaq mağazalarında, Şamaxı rayonunda "Dostluq Ticarət Mərkəzi”ndə, Adil İmanova, Rəşad Babayevə, Elçin Rəhimova, Sadiq Mikayılova və Amil Bayramova məxsus ticarət obyektlərində, Masallı rayonunda "Ağa Market”də, "Sevimli Market”də, "Bol Market”də, "Buta Market”də, "Oba Market”də, Füzuli rayonunda Hikmət Verdiyevə məxsus "Avtomobil ehtiyat hissələri”, Yusif Bağırova məxsus "Tikinti materialları” mağazalarında, Salman Abbasova məxsus "Market”də, Bərdə rayonunda Rauf Süleymanova, Elçin Nəsirova, Vasif Məmmədova məxsus ət kəsimi obyektlərində, ümumilikdə, monitorinq aparılmış 809 obyektin 144-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlərdə müvafiq qayda və tələblərə əməl edilməsinin zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

İyulun 30-da nəzarət-yoxlama tədbirləri keçirilmiş 690 obyektin 91-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyənləşdirilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

Qeyd edək ki, mayın 22-dən iyulun avqustun 3-dək monitorinq aparılmış 20 min 385 sahibkarlıq subyektindən 7629-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Bununla yanaşı, paytaxtda və regionlarda yerləşən ticarət, xidmət və istehsal obyektlərində aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində zəruri qayda və tələblərə əməl olunmaması halları əhəmiyyətli dərəcədə azalıb. Hazırda bu sahədə nöqsanlar əsasən, kiçik ticarət və xidmət obyektlərində müşahidə olunur.

Mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM