03 Avqust 2020 16:55
616
DÜNYA
A- A+

Bu il Türkiyədə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 123-ə çatıb


Türkiyədə terrorçuluğa qarşı mübarizə tədbirləri çərçivəsində görülən təbliğat işi nəticəsində terrorçuların təhlükəsizlik qüvvələrinə təslim olması davam edir.

AZƏRTAC xəbər verir ki, cari il ərzində təbliğat yolu ilə təslim olan terrorçuların sayı 123-ə çatıb.

Daxili İşlər Nazirliyinin (DİN) bu barədə yaydığı məlumatda bildirilir ki, axırıncı təslim faktı Mardin vilayətində baş verib.

Ən son məlumata görə, Milli Təhlükəsizlik Təşkilatının (MİT) iyulun 30-da Şırnak vilayətinin Qabar bölgəsində zərərsizləşdirdiyi PKK/KCK terror təşkilatının dörd üzvünün şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, onlardan biri "Brüsk İsrail” ləqəbli təhlükəli terrorçu Seyithan Acaydır. Onun ələ keçirilməsi üçün DİN tərəfindən böyük məbləğdə pul mükafatı vəd edilmişdi.

Türkiyə hökuməti terrorçuluğun kökünü kəsmək üçün üç mühüm istiqamətdə mübarizə aparır. Bu üsullar - ölkə ərazisində və Suriya ilə İraqın şimalında keçirilən antiterror əməliyyatları, təbliğat vasitələri və pul mükafatları sayəsində terrorçuların yerinin müəyyənləşdirilməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video