03 Avqust 2020 13:56
704
DÜNYA
A- A+

Varlı ölkələr koronavirusa qarşı peyvənd növbəsinə dayanıb


ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqına üzv ölkələr koronavirus əleyhinə hələ hazır olmayan vaksinin 1,3 milyard dozasını almaq üçün razılıq əldə ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi "Airfinity” analitik kampaniyasının tədqiqatına istinadla məlumat yayıb.

Məlumata əsasən, vaksin alınması üçün ABŞ və Böyük Britaniya müvafiq olaraq "Sanofi” və "GlaxoSmithKline”, Yaponiya isə "Pfizer” əczaçılıq kompaniyaları ilə saziş imzalayıb.

Vaksinin koronavirus əleyhinə effektivliyi hələ sübut olunmasa da, varlı ölkələr tərəfindən böyük həcmlərdə sifariş edilib. Analitiklərin fikrincə, dünyanın 7,8 milyard nəfərlik əhalisi üçün vaksin çatışmayacaq və kasıb ölkələr növbənin sonunu gözləməli olacaq.

Oxşar vəziyyət 2009-cu ildə də qeydə alınmışdı. O zaman varlı ölkələr donuz qripi əleyhinə vaksini inhisara almışdı.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib, martın 11-də yeni infeksiyanın yayılması pandemiya elan olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video