Alternative content

21:43 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyada iqtisadi tənəzzül olsa da, ölkəmizdə sosial layihələr davam etdirilir - Lənkəranda 16 kəndin yolu əsaslı təmir olunur
Dünyada iqtisadi tənəzzül olsa da, ölkəmizdə sosial layihələr davam etdirilir - Lənkəranda 16 kəndin yolu əsaslı təmir olunur
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:15 03.08.2020

Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Lənkəranda növbəti yol layihəsinin icrası rayonun 39 mindən çox əhalisinin yaşadığı 16 kəndi əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, Lənkəranın ayrı-ayrı kəndlərində ümumi uzunluğu 38 kilometr olan yolun asfaltlanmasına iki aya yaxındır başlanılıb. Yol təmiri işləri 16 yaşayış məntəqəsində həyata keçirilməklə, ümumilikdə, 40 minə yaxın sakinin rahat gediş-gəlişi üçün gözəl şərait yaradacaq. Hazırda şəhərə ən yaxın olan Sütəmurdov, Velədi, Gərmətük kəndlərində əsas hərəkət yollarına asfalt döşənir. Ərazidə xeyli sayda texnika çalışır. Yol boyu suötürücü qurğular təmizlənir, abadlıq işləri görülür.

48 saylı Yol İstismar MMC-nin direktoru Çingiz Əkbərov bildirib ki, asfalt 2 qat olacaq: "Yolu qısa müddətdə istifadəyə vermək niyyətindəyik. Hazırda Sütəmurdov, Velədi, Gərmətük kəndlərində sürətli iş gedir. Buraya təxminən 120 texnika və 150 nəfər işçi qüvvəsi cəlb olunub”.

Yerli sakinlər dünyada koronavirus pandemiyası ilə əlaqədar durğunluğun yaşandığı bir dövrdə ölkəmizdə həyata keçirilən belə layihələri minnətdarlıqla qarşılayırlar.

Gərmətük sakini İbrahim Cabbarov: "Yollarımıza asfalt döşənməsi bizi çox sevindirir. Yol çəkmək bir mədəniyyətdir. Bu, rahatlıq, abadlıq deməkdir. Dövlətimizin sağ olsun ki, dünyada iqtisadi tənəzzül olsa da, ölkəmizdə sosial layihələri davam etdirir, insanların rifahı yaxşılaşdırılır”.

Digər sakin Savalan Məmmədzadə isə deyir ki, uşaqlar məktəbə gedib-gələrkən çox əziyyət çəkirdilər. "Yollar palçıq olurdu, geyimləri tez çirklənirdi. Şükür olsun ki, bundan sonra uşaqlar qış fəslində gediş-gəlişdə çətinliklə üzləşməyəcək. İndi vətəndaşlarımız, bütün kənd əhalisi çox sevinir. Sağ olsun dövlətimizin başçısı, bu yolları təmir etdirir”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Lənkəran və Liman şəhərlərində daha 8 küçə, Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən yollar da yüksək səviyyədə təmir olunaraq asfalt örtüyü çəkilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM