Alternative content

20:25 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Faktiki hava proqnozu açıqlanıb
Faktiki hava proqnozu açıqlanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:07 03.08.2020

Milli Hidrometeorologiya Xidmətinin avqustun 3-ü səhərədək olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Zaqatalada 36, Şəki, Sarıbaşda (Qax) 33, Kişçayda (Şəki) 32, Tərtər, Qəbələdə 24, Oğuzda 23, İsmayıllıda 20, Mingəçevirdə 19, Şahdağda 18, Ağdamda 14, Balakəndə 10, Göyçay, Qusarda 12, Daşkəsən, Gədəbəy, Lerikdə 7, Qrız, Tovuzda 6, Quba, Naftalanda 5, Şahbuz, Mərəzə, Bərdə, Astarada 4, Ağdərə, Göygöl, Gəncə, Xaltan, Zərdabda 3 millimetr, Ağstafa, Altıağac, Şamaxı, Ceyrançöl, Lənkəran, Kürdəmir, Beyləqanda 2, Sumqayıt, Bakı, Naxçıvan, Sədərək, Şəmkir, Sabirabad, Yardımlı, Şabranda 1 millimetr olub.

Leysan xarakterli yağış nəticəsində avqustun 3-ü saat 00:15 radələrində Kürmükçay İlisu, 02:30 radələrində isə Girdimançay Qaranohur məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi əsib, arabir Şərurda 20, Bakıda və Abşeron yarımadasında: Qum adasında 18 , Pirallahıda 16, Neft Daşlarında 15 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.6 metrə çatıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, Aran rayonlarında 32-37, dağlıq rayonlarda 20-22, Naxçıvan Muxtar Respublikasında 34-39 dərəcə isti olub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM