03 Avqust 2020 10:05
847
Mədəniyyət
A- A+

Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib


Bu günlərdə Los-Ancelesdə keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun dünya şöhrətli "Məhəbbət əfsanəsi” baletindən "Noktürn” əsəri səslənib.

Bu barədə AZƏRTAC-a Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov məlumat verib.

Onun sözlərinə görə, ifadan əvvəl əsər haqqında məlumat verən Ruslan Biryukov Azərbaycanda doğulduğunu və doğma ölkəsinin bəstəkarının parlaq əsərini təqdim edəcəyini bildirib. "Noktürn”ün gözəl qəlbəyatan musiqisi məşhur ifaçılar R.Biryukovun və F.Fettanın orijinal interpretasiyasında xarici dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Ruslan Biryukov yüksək artistizmi, ehtirası və fərdiliyi ilə dünyada tanınmış istedadlı violonçel ifaçısıdır. O, təhsilinin təməlini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında, daha sonra isə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında alıb. Məktəb-studiyada oxuyarkən, o, beynəlxalq və respublika müsabiqə və festivallarda böyük rəğbət qazanıb, onun adı "Yeni adlar" Rusiya beynəlxalq proqramının "Qızıl kitabına" daxil edilib. Gənc yaşlarından Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ edən Biryukov çox zaman onların ilk ifaçısı olub. Sonralar violonçel ifaçısı dünyada bir çox mükafatlar alıb. Hazırda Ruslan Biryukov Qlendeyl Filarmonik Orkestrin rəhbəri və Los-Ancelesdə Positive Motions konsertlər seriyasının bədii rəhbəridir. O, auditoriyanın diqqətini cəlb edən xarizmatik cazibəli ifaçı kimi qəbul olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video