01 Avqust 2020 22:12
739
SİYASƏT
A- A+

Azərbaycan-İran münasibətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub


Avqustun 1-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə İran İslam Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Mahmud Vaezi arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi, ticarət, sənaye tranzit və daşınmalar sahəsində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib və bu münasibətlərin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

Tərəflər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunublar.

Qeyd olunub ki, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin səhiyyə protokollarına əməl olunmaqla davam etdirilməsində heç bir maneə yoxdur. Pandemiyanın mövcudluğuna baxmayaraq, iki ölkənin ticarət və tranzit mübadiləsi qorunub, hətta artım da var. Vurğulanıb ki, idxal və tranzit daşımaları üçün sərhədlərin açıq saxlanılması son aylarda iki ölkə arasında daşınmaların həcminin artmasına səbəb olub. Birgə səylər ilə ticarət əlaqələrinin tezliklə pandemiyadan əvvəlki vəziyyətə qaytarılmasına əminlik ifadə olunub.

Söhbət zamanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətini vurğulayıb, bu sahədə həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Həyata keçirilən birgə layihələrin, xüsusilə avtomobil və dəmir yolu əlaqələrinin genişləndirilməsinin hər iki ölkə ilə yanaşı, region üçün də əhəmiyyəti qeyd olunub.

Telefon danışığı zamanı, həmçinin ölkələr arasında iqtisadi, sənaye, tranzit, müştərək məhsul istehsalı və digər sahələrdəki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlətlərimizin başçılarının tapşırıqlarına uyğun olaraq, hər iki ölkə rəsmilərinin təmaslarının davam etdirilməsi və hərtərəfli əlaqələrin inkişafı üçün davamlı səylər göstərilməsinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video