31 Iyul 2020 20:25
1372
İQTİSADİYYAT
A- A+

Xətai rayonunda Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunub


İyulun 31-də Qurban bayramı ilə əlaqədar Bakının Xətai rayonunun M.Hadi küçəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən "Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, yarmarka ilə bağlı KİV-lərə müsahibə verən ASC-nin mətbuat katibi Mais Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun olaraq COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalının vətəndaşların istifadəsinə verildiyini bildirib. O deyib: "Satış yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, az gəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda süni qiymət artımının, həmçinin mövcud karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır. Qurbanlıq qoyunların sifarişi www. qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada həyata keçirilir.

Artıq Qurban bayramının ilk günündə vətəndaşlar sayt üzrə sifariş etdirdikləri qurbanlıq heyvanları gəlib məntəqələrdən götürürlər. Paytaxtda 9, Sumqayıt şəhərində isə 1 məntəqə fəaliyyət göstərir”.

O bildirib ki, vətəndaşlar qurbanlıq heyvanları istədikləri zaman götürə bilərlər. Üç gün ərzində sayt üzərindən ümumilikdə 856 sifariş qəbul olunub. Bu sifarişlər əsasında 1047 baş qoyun satılıb. Vətəndaşlar qurbanlıqlarını hazır, kəsilmiş formada məntəqələrdən əldə edirlər.

M.Musayev, həmçinin qeyd edib ki, qurbanlıqların kəsimi İslam qaydalarına uyğun olaraq rəsmi icazə verilmiş ət kəsimi yerlərində aparılır və məntəqələrə hazır kəsilmiş halda gətirilir.

Vətəndaşlar qurbanlığı kəsilmiş çəki dərəcəsi üzrə 1 kiloqramı 11 manat 50 qəpikdən hesablanmaqla ödəniş edərək götürürlər.

Artıq dünən gecə saat 12-də onlayn sifarişlərin vaxtı bitib və vətəndaşlar iyulun 31-i saat 12-dən və avqustun 1-i səhər saat 10-dan sonra seçdikləri məntəqəyə yaxınlaşaraq seçdikləri qurbanlıqları götürə bilərlər.

Kəsim üçün hər hansı əlavə ödəniş tələb olunmur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video