31 Iyul 2020 20:22
689
CƏMİYYƏT
A- A+

İyulun 21-dən bu günədək Ağcabədinin Qaravəlli kəndinin 11 sakini koronavirusa yoluxub


İyulun 21-dən bu günədək Ağcabədi rayonunun Qaravəlli kəndində 11 sakin koronavirusa yoluxub. Virusa yoluxanlar üç ailənin üzvləridir. Həkimlər müalicəyə cəlb edilmiş həmin xəstələrin vəziyyətini qənaətbəxş qiymətləndirirlər.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kənddə xəstəliyin geniş yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir. Tibb işçiləri kənd sakinlərinin hərarətini yoxlayır, test nümunələri götürürlər. Xüsusən virusa yoluxan vətəndaşlarla kontaktda olmuş şəxslər tibbi nəzarətə alınaraq testdən keçirilib. Həmin şəxslərin temperaturu hər gün ölçülür, onların səhhətində baş verən dəyişikliklər həkimlər tərəfindən diqqətdə saxlanılır.

Qaravəlli kəndində vətəndaşlarla fərdi şəkildə maarifləndirmə tədbirləri həyata keçirilir. Sakinlərə təmaslar zamanı məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda "103” və ya "15-42” nömrəli "qaynar xətlər”ə zəng etmək ciddi tövsiyə olunur. Özlərinin və ətraflarındakı insanların sağlamlıqları üçün tibbi maskalardan və əlcəklərdən istifadə etmələrinin vacibliyi bildirilir.

Yaranmış vəziyyətlə əlaqədar kənddəki kafe və restoranların fəaliyyəti dayandırılıb. Yalnız ərzaq mağazaları və apteklər fəaliyyət göstərir. Kənddə polis əməkdaşlarından ibarət mobil qrup da fəaliyyət göstərir. Polis əməkdaşları kənddə karantin qaydalarına əməl olunmasına nəzarət edirlər. Yaşayış məntəqəsində profilaktika məqsədilə kütləvi dezinfeksiya işləri aparılır. Kəndin əsas küçələri texnikalar vasitəsilə dərmanlanır, əhalinin intensiv hərəkətdə olduğu ərazilər dezinfeksiya edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video