14 Iyul 2020 20:01
462
CƏMİYYƏT
A- A+

Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi Qanun ünvanlı sosial yardımın təyinatı şərtlərinin yumşaldılmasına imkan verir


Yeni Qanun ünvanlı sosial yardım proqramının əhatə dairəsini daha da genişləndirəcək


Prezident İlham Əliyev "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib.

Dövlət başçısının sosial sahə ilə bağlı əsas tapşırıqlarından biri ünvanlı dövlət sosial yardımı proqramının icra mexanizminin sadələşdirilməsi, bu yardımın təyin olunması meyarlarının yumşaldılması və aztəminatlı ailələrin proqrama əlçatanlığının artırılması, ümumilikdə bu proqramın genişləndirilməsidir. Bununla bağlı müvafiq işlər aparılıb, son aylarda əlavə olaraq 15 minədək ailə bu proqramdan faydalanmağa başlayıb və indi 85 minə yaxın ailə (350 mindən çox şəxs) bu yardımı alır. Hər ailəyə orta hesabla ayda 225 manat verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni təsdiqlənən Qanun isə ünvanlı sosial yardımın təyinatı meyarlarının yumşaldılmasında, aztəminatlı ailələrin proqrama əlçatanlığının artırılmasında, proqramın daha da genişləndirilməsində mühüm addımlar atılmasına imkan verir.

Əsas yeniliklərdən biri ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılmasını nəzərdə tutur. Ailə tərkibində əmək qabiliyyətli olub güzəştli səbəbdən işləməyən şəxslərin sırası da dəqiqləşdirilməklə genişləndirilib.

Belə ki, bu sıraya birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən, 23 yaşınadək əyani təhsil alan əmək qabiliyyətli ailə üzvləri də aid edilib. Habelə ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq. Bu dəyişiklik barədə məlumat verilməsi üçün müddət də artıq 5 iş günündən 15 iş gününə qədər uzadılıb.

Yeni Qanuna uyğun olaraq, hazırlanmış Qaydanın layihəsində ünvanlı sosial yardım hüququna baxılan zaman ailənin götürdüyü kreditin gəlir kimi nəzərə alınmaması və yardım təyinatına mane olmaması əksini tapır. Sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizdən çox olmamalıdır, lakin həmin nisbətin 15 faizə çatdırılması nəzərdə tutulub.

Həmçinin yeni Qaydanın layihəsində ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayının əhəmiyyətli dərəcədə azaldılması, ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılması və s. kimi yeniliklər var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video