14 Iyul 2020 18:45
659
DÜNYA
A- A+

Fransada milli bayram – Bastiliyanın alınması günü qeyd edilir

 
Fransada milli bayram – Bastiliyanın alınması günü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Bastiliyanın alınması günü ənənəvi şəkildə deyil, məhdud çərçivədə qeyd olunur. Milli bayram münasibətilə tədbir Yelisey Çölləri prospektində deyil, Konkord meydanında təşkil olunub. COVID-19 epidemiyasına görə bu il milli bayram həmişəkindən fərqli şəkildə - ictimaiyyətsiz və hərbi nümayişsiz keçirilib.

Bu il milli bayram koronavirus epidemiyası ilə mübarizədə çalışan tibb işçilərinin və epidemiya ilə bağlı təşkil edilmiş "Resilience” hərbi əməliyyatında iştirak edən hərbi heyətin şərəfinə təşkil edilib.

Fransanın dövlət və hökumət nümayəndələrinin toplaşdığı tədbirdə tibb işçiləri də iştirak ediblər.

Tədbir zamanı koronavirusla mübarizə aparan tibb işçilərinin şəkilləri ekranlarda əks olunub. Hərbi tibbi təyyarə və helikopterlər nümayişi olub.

Sonda bütün dünyadakı tibb işçilərinə ehtiram əlaməti olaraq "Marselyoza” səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video