14 Iyul 2020 18:40
369
SİYASƏT
A- A+

Serbiya KİV-ləri Ermənistanın törətdiyi hərbi təxribatlardan yazır


Serbiyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Tovuz rayonuna hücum cəhdləri və törətdikləri təxribatlara dair məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldığı xüsusilə qeyd edilən məqalələrdə hər iki tərəfin itki verməsi, lakin provokasiyalara baxmayaraq, Azərbaycan tərəfinin bir qarış belə ərazi itirmədiyi vurğulanıb.

Məqalələrdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə məlumatlar qeyd edilib. Bununla yanaşı, Serbiyanın "Balkanin” xəbər portalında "Qarabağda döyüşlər: Azərbaycan Ermənistanın istənilən təxribatçı hərəkətlərinə adekvat cavab verəcəyini vəd edir” başlıqlı məqalə dərc edilib. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən təxribat xarakterli hücumlara dair çıxışı oxucuların diqqətinə çatdırılıb.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı Serbiyada akkreditə olunmuş diplomatik korpusa, Serbiya dövlət və hökumət rəsmilərinə və ziyalılarına göndərilib. Bütün məlumatlar, eyni zamanda, səfirliyin sosial şəbəkələri və rəsmi internet səhifəsində də dərc olunaraq yerli oxuculara çatdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video