12 Iyul 2020 00:26
1594
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2, (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, № 12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421, № 11, maddə 2235, № 12,

(I kitab) maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898; Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 99-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7.0.11-ci maddəyə "protestlərə” sözündən sonra ", habelə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında verilmiş müraciətlərə” sözləri əlavə edilsin;

1.2. 7.0.47-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.0.48-ci maddə əlavə edilsin:

"7.0.48. prosessual sənədlər - ərizə, şikayət, protest, vəsatət, etiraz, bildiriş, çağırış vərəqəsi, rəy, ekspert rəyi, qərar, hökm və bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada məhkəmə və ya cinayət prosesinin iştirakçıları tərəfindən tərtib edilən digər sənədlər.”;

1.3. aşağıdakı məzmunda 40.5-ci maddə əlavə edilsin:

"40.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 - 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur.”;

1.4. 41-ci maddə üzrə:

1.4.1. 41.3-cü maddənin birinci cümləsinə "istisna edən” sözlərindən sonra "və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən” sözləri əlavə edilsin;

1.4.2. 41.3-cü maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir.”;

1.4.3. 41.4-cü maddəyə "istisna edən” sözlərindən sonra "və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən” sözləri əlavə edilsin;

1.4.4. 41.5-ci maddəyə "çatdırır və” sözlərindən sonra "dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda” sözləri əlavə edilsin;

1.4.5. 41.6-cı maddədə "40-cı” sözləri "40.2-ci” sözləri ilə əvəz edilsin;

1.5. 51-ci maddə üzrə:

1.5.1. aşağıdakı məzmunda 51.6-1-ci maddə əlavə edilsin:

"51.6-1. Məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir.”;

1.5.2. 51.7-ci maddənin ikinci cümləsinə "protokolla” sözündən sonra "və ona əlavə edilmiş audioyazı ilə” sözləri əlavə edilsin;

1.6. aşağıdakı məzmunda 51-1-ci və 51-2-ci maddələr əlavə edilsin:

"Maddə 51-1. Cinayət mühakimə icraatının elektron qaydada aparılması

51-1.1. Elektron qaydada cinayət mühakimə icraatı bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq "Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılır.

51-1.2. Məhkəmə, cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən prosessual sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə razılaşdırmaqla müəyyən etdiyi cinayət mühakimə icraatında "Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

51-1.3. "Elektron məhkəmə” informasiya sistemində cinayət prosesinin iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədləri göndərmək və qəbul etmək imkanlarını təmin edən elektron kabinet yaradılır.

51-1.4. "Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

51-1.5. "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş prosessual sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

51-1.6. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə bu Məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onların elektron kabinetlərində yerləşdirir. Bu barədə həmin şəxslərə "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilir.

51-1.7. Bu Məcəllənin 51-1.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər bu Məcəlləyə əsasən məhkəməyə təqdim etmək hüququna malik olduqları prosessual sənədləri "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərə bilərlər.

51-1.8. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim bu Məcəlləyə müvafiq olaraq dövlət ittihamçısına verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onun həmin sistemdə yaradılmış elektron kabinetində yerləşdirir və bu barədə ona həmin sistem vasitəsilə elektron qaydada məlumat verir.

51-1.9. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə dövlət ittihamçısı bu Məcəllənin 84.6-cı maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər üzrə elektron sənəd formasında tərtib edilmiş prosessual sənədləri "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edə bilər.

51-1.10. Bu Məcəllənin 51-1.7 - 51-1.9-cu maddələrində nəzərdə tutulmuş qaydada "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş sənədlərin digər qaydada verilməsi məhkəmə tərəfindən tələb oluna bilməz.

51-1.11. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə, məhkəmə, bu Məcəlləyə müvafiq olaraq qəbul etdiyi hökm, qərar və digər prosessual sənədləri elektron sənəd formasında tərtib edərək bu Məcəllədə həmin prosessual sənədlər üçün müəyyən edilmiş müddətlərdə "Elektron məhkəmə” informasiya sistemində yerləşdirir.

51-1.12. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmənin yekun qərarının nəticəvi hissəsi barədə məlumat həmin qərarın elan edildiyi gün hakimin elektron imzası ilə təsdiq edilməklə "Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.

Maddə 51-2. Cinayət mühakimə icraatının videokonfrans əlaqə sistemindən istifadə

edilməklə həyata keçirilməsi

51-2.1. Cinayət mühakimə icraatında prosessual hərəkətlər aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər:

51-2.1.1. bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslərin həyatı və sağlamlığı üçün real təhdidlər olduqda onların təhlükəsizliyinin təmin edilməsi, habelə onlara kənar təsirlərin qarşısının alınması zərurəti yarandıqda;

51-2.1.2. səhhətinin vəziyyəti, yaxud şübhəli, təqsirləndirilən şəxs və ya məhkum istisna olmaqla bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən başqa şəxslərlə bağlı digər üzrlü səbəblər onların müvafiq icraatda bilavasitə iştirakını qeyri-mümkün etdikdə;

51-2.1.3. yetkinlik yaşına çatmayan şəxsin mənafeyinin qorunması zərurəti yarandıqda;

51-2.1.4. təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslər müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə.

51-2.2. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə prosessual hərəkətlər bu Məcəllənin 51-2-ci maddəsində nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.

51-2.3. Məhkəmə icraatı zamanı prosessual hərəkətlər cinayət prosesi tərəflərinin vəsatəti və ya bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən digər şəxslərin müraciəti, yaxud məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilir. Məhkəmə bir və ya bir neçə prosessual hərəkətin, habelə icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərar qəbul edir.

51-2.4. İbtidai araşdırma zamanı bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslərin videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilməsi müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə həyata keçirilir. Bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslər dindirmənin videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi barədə vəsatət verə bilər. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş şəxs cinayət prosesi tərəflərinin vəsatəti ilə təkrarən bilavasitə dindirilə bilər.

51-2.5. Şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud məhkumun iştirakı ilə prosessual hərəkətlər həmin şəxsin razılığı olduqda videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilir. Bu Məcəllənin 51-2.1.2-ci maddəsində nəzərdə tutulmuş halda şəxsin səhhətinin vəziyyəti ilə əlaqədar onun prosessual hərəkətin həyata keçirilməsində bilavasitə iştirakının məqsədəuyğun hesab edilməməsinə dair tibbi rəy olduqda, habelə bu Məcəllənin 51-2.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmənin əsaslandırılmış qərarı ilə prosessual hərəkətlər şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud məhkumun razılığı alınmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər.

51-2.6. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərdə iştirak edən şəxslərə bu Məcəllə ilə nəzərdə tutulmuş hüquqlardan istifadə etmək və vəzifələri yerinə yetirmək üçün müvafiq şərait yaradılmalıdır.

51-2.7. Prosessual hərəkətlər videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində ötürülməsini, cinayət mühakimə icraatının aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir.

51-2.8. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərin videoyazısı aparılmalı, prosessual hərəkətlərin nəticəsinə dair videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda cinayət işinə əlavə edilməlidir.

51-2.9. Prosessual hərəkətlər bu Məcəllənin 51-2-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirildikdə müdafiəçi və ya nümayəndənin videokonfrans əlaqənin yaradılması zamanı olacağı yer təmsil olunan şəxsin seçiminə əsasən müəyyən edilir.

51-2.10. Məhkəmə prosessual hərəkətin videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərarın icrasının təşkil edilməsini bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxsin olduğu yer üzrə müvafiq məhkəmə sədrinin vasitəsi ilə həmin məhkəmənin aparatına, azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılan şəxs barəsində həbs və ya cəzaçəkmə yerinin müdiriyyətinə, hərbi qulluqçu barəsində isə komandanlığa həvalə edir.

51-2.11. Bu Məcəllənin 51-2.4-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etmiş müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dindirmənin videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərarın icrasının təşkil edilməsini bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxsin olduğu yer üzrə müstəntiqə və ya təhqiqat orqanının əməkdaşına, azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılan şəxs barəsində həbs və ya cəzaçəkmə yerinin müdiriyyətinə, hərbi qulluqçu barəsində isə komandanlığa həvalə edir.

51-2.12. Prosessual hərəkətin videokonfrans əlaqə sistemindən istifadə edilməklə icrasının təşkili həvalə edildiyi şəxs bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxsi bu Məcəllə ilə müəyyən edilmiş qaydada yanına çağırır və ya onun olduğu yerə gəlir. Daha sonra bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxsin şəxsiyyətini müəyyən edir, videokonfrans əlaqə sistemini yaradan texniki vasitənin işini təmin edir, bu hərəkətləri protokollaşdırır.

51-2.13. Cinayət prosesi iştirakçısının Azərbaycan Respublikasının hüdudlarından kənarda olması səbəbindən onun videokonfrans əlaqə sistemi vasitəsilə dindirilməsi zərurəti yarandıqda, bu haqda müvafiq olaraq müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərar icra olunması üçün hüquqi yardımın göstərilməsi qaydasında xarici dövlətin müvafiq dövlət qurumuna göndərilir.”;

1.7. 74.9-cu maddəyə "511.1” rəqəmlərindən sonra ", 511-1.1” rəqəmləri əlavə edilsin;

1.8. 78.4-cü maddədə "cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara apellyasiya şikayəti və ya protesti üzrə” sözləri "birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə, habelə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında verilmiş müraciətlərə” sözləri ilə əvəz edilsin;

1.9. 84-cü maddə üzrə:

1.9.1. aşağıdakı məzmunda 84.6.9-1-ci maddə əlavə edilsin:

"84.6.9-1. şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək;”;

1.9.2. 84.8-ci maddənin dördüncü cümləsində "Prokurorun” sözü "Yuxarı prokurorun” sözləri ilə əvəz edilsin;

1.10. 86.4.2-ci maddədə "müayinə (şəxsi müayinə)” sözləri ", şəxsi axtarış, şəxsi müayinə, ifadələrin yerində yoxlanılması, tədqiqat üçün nümunələrin götürülməsi,” sözləri ilə əvəz edilsin;

1.11. 87.6.9-cu, 89.4.7-ci, 91.5.32-ci, 93.4.7-ci və 104.2.5-ci maddələrdə "ilə tanış olmaq və ona” sözləri "və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola” sözləri ilə əvəz edilsin;

1.12. 92-ci maddə üzrə:

1.12.1. 92.3.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 92.3.16-cı maddə əlavə edilsin:

"92.3.16. məhkəmə baxışı bu Məcəllədə nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə.”;

1.12.2. 92.4.7-ci maddədə "maddəsində” sözü "və 92.3.16-cı maddələrində” sözləri ilə əvəz edilsin;

1.12.3. 92.9.8-ci maddədə ", habelə məhkəmə iclasının protokolları” sözləri "protokolları, habelə məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı” sözləri ilə əvəz edilsin;

1.12.4. 92.12-ci maddədə "92.3.13-cü” sözləri "92.3.13 və 92.3.16-cı” sözləri ilə əvəz edilsin, üçüncü cümlə dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur.”;

1.13. 95.6.8-ci, 96.6.4-cü və 97.6.6-cı maddələrə "protokolunun” sözündən sonra "və ona əlavə edilmiş audioyazının” sözləri əlavə edilsin;

1.14. 98.2.2-ci maddəyə "halları” sözündən sonra "məhkəmə iclasının audioyazısına uyğun olaraq” sözləri əlavə edilsin;

1.15. 99.6.2-ci maddəyə "protokolunun” sözündən sonra "və ona əlavə edilmiş audioyazının” sözləri əlavə edilsin;

1.16. 101.5.9-cu maddədə ", habelə məhkəmə iclasının protokolu” sözləri "protokolları, habelə məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı” sözləri ilə əvəz edilsin;

1.17. 102.6.7-ci maddədə ", habelə məhkəmə iclasının protokolları” sözləri "protokolları, habelə məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı” sözləri ilə əvəz edilsin;

1.18. 130.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Həmin əşyalara baxış hakim tərəfindən keçirildikdə onun nəticələri məhkəmə iclasında elan olunur.”;

1.19. 183.1-ci maddədə "istintaqı” sözü "baxışında cinayət prosesi tərəflərinin çıxışı” sözləri ilə əvəz edilsin;

1.20. 204.2-ci maddənin ikinci, üçüncü və dördüncü cümlələri müvafiq olaraq üçüncü, dördüncü və beşinci cümlələr hesab olunsun və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Belə məlumat məhkəmə baxışı zamanı verildikdə, həmçinin məhkəmə iclasında elan olunur.”;

1.21. 214-cü maddə üzrə:

1.21.1. 214.3-cü maddədə "234, 236, 238 - 247, 264” rəqəmləri "234 - 236, 238 - 247, 260 - 264” rəqəmləri ilə əvəz edilsin;

1.21.2. 214.3.2-ci maddədə "tutmaq, onun, zərər çəkmiş şəxsin, şahidin, mülki iddiaçının, mülki cavabdehin, şahidlərin dindirilməsi, axtarış, müayinə (şəxsi müayinə) və götürmə kimi” sözləri "tutur və bu Məcəllənin 86.4.2-ci maddəsində göstərilən təxirəsalınmaz” sözləri ilə əvəz edilsin;

1.22. 215-ci maddə üzrə:

1.22.1. 215.3.1-ci maddədən "318-2,” rəqəmləri çıxarılsın;

1.22.2. 215.3.2-ci maddəyə "miqrasiya” sözündən sonra ", fövqəladə hallar” sözləri əlavə edilsin;

1.23. 226.1-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Onlar, həmçinin çağırışın məzmununun yazılı ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, o cümlədən elektron qaydada çağırıla bilərlər.”;

1.24. 235.3-cü maddəyə "Şahidlər” sözündən sonra "və zərərçəkmiş şəxslər” sözləri əlavə edilsin;

1.25. 282-ci maddə üzrə:

1.25.1. 282.1-ci maddəyə "prokurora” sözündən sonra ", yuxarı prokurora” sözləri əlavə edilsin;

1.25.2. 282.2-ci maddəyə "imtina etməsindən” sözlərindən sonra "yuxarı prokurora və” sözləri əlavə edilsin;

1.26. 292.1-ci maddəyə "göndərir” sözündən sonra "və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ittiham aktını "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirir” sözləri əlavə edilsin;

1.27. 297.0.2-ci maddəyə "göndərmək” sözündən sonra "və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş yekun protokolu "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirmək” sözləri əlavə edilsin;

1.28. 305.1-ci maddədə "maddəsində” sözü ", habelə 40.3-cü və 40.4-cü maddələrində” sözləri ilə əvəz edilsin;

1.29. 311.4-cü maddədə "311.2-ci maddəsində” sözləri "51-2-ci və 311.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

1.30. 326-cı maddə üzrə:

1.30.1. 326.8.3-cü maddədə "göstərilməlidir” sözü "göstərilməli və məhkəmə iclasında elan olunmalıdır” sözləri ilə əvəz edilsin;

1.30.2. 326.9.1-ci maddəyə "oxunur” sözündən sonra ", audio, video və digər yazan texniki vasitələrdən istifadə edilməklə qeydə alınmış ifadələr isə səsləndirilir və nümayiş etdirilir” sözləri əlavə edilsin;

1.31. 328.3-cü maddəyə "izahları” sözündən sonra ", bu Məcəllənin 51-2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin;

1.32. 330-cu maddə üzrə:

1.32.1. maddənin adına "dindirilməsi” sözündən sonra "və ifadələrinin elan edilməsi” sözləri əlavə edilsin;

1.32.2. 330.1-ci maddədə "dindirilir” sözü "dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir” sözləri ilə əvəz edilsin;

1.32.3. 330.5-ci maddə ləğv edilsin;

1.33. 347-ci maddə üzrə:

1.33.1. 347.1-ci maddəyə "məsələlər” sözündən sonra "və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu” sözləri əlavə edilsin;

1.33.2. 347.7-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Müşavirə protokolu və hakimin xüsusi rəyi elektron formada kodlaşdırılmaqla "Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.”;

1.34. 356.1-ci maddədə "həmin qərarı” sözləri "həmin qərarın giriş və nəticəvi hissəsini” sözləri ilə əvəz edilsin;

1.35. 358.1.1-ci maddədə "və onun nümayəndəsinə” sözləri ", mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə” sözləri ilə əvəz edilsin;

1.36. 384-cü maddə üzrə:

1.36.1. 384.1-ci maddədə "olduğu andan” sözləri "olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan” sözləri ilə əvəz edilsin;

1.36.2. 384.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 384.1.12-ci maddə əlavə edilsin:

"384.1.12. apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə qərar çıxarıldıqda.”;

1.37. 391.6.4-cü maddəyə "protokolu” sözündən sonra "və məhkəmə iclasının audioyazısı” sözləri əlavə edilsin;

1.38. 407-ci maddə üzrə:

1.38.1. 407.1-ci maddədə "qərarı” sözü "qərarının giriş və nəticəvi hissəsi elan edilir. Həmin qərar” sözləri ilə əvəz edilsin;

1.38.2. 407.1.1-ci maddədə "onun nümayəndəsinə” sözləri "mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələrinə” sözləri ilə əvəz edilsin;

1.39. 408.3-cü maddədə "408.2.7” rəqəmləri "408.2.5” rəqəmləri ilə əvəz edilsin;

1.40. 410-cu maddə üzrə:

1.40.1. 410.1-ci maddəyə "protesti” sözündən sonra "onu vermək hüququna malik olan şəxslər tərəfindən” sözləri əlavə edilsin;

1.40.2. 410.1.1-ci maddədə "və 520.7-ci” sözləri ", 411.5, 520.7 və 524.8-ci” sözləri ilə, "vaxtdan” sözü ", bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən” sözləri ilə əvəz edilsin;

1.40.3. 410.1.2-ci maddədə "6 (altı)” sözləri "3 (üç)” sözləri ilə əvəz edilsin;

1.40.4. 410.1.3-cü maddədə "12 (on iki)” sözləri "6 (altı)” sözləri ilə əvəz edilsin;

1.40.5. 410.1.4-cü maddədə "gündən 18 (on səkkiz)” sözləri ", bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki)” sözləri ilə əvəz edilsin;

1.40.6. aşağıdakı məzmunda 410.1-1-ci maddə əlavə edilsin:

"410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.”;

1.41. 411-ci maddə üzrə:

1.41.1. 411.1-ci maddədə "kassasiya instansiyası” sözləri "apellyasiya instansiyası” sözləri ilə əvəz edilsin;

1.41.2. 411.2-ci maddədə "Kassasiya” sözü "Apellyasiya” sözü ilə əvəz edilsin;

1.41.3. 411.2.2-ci maddəyə "hadisə” sözündən sonra "və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal” sözləri əlavə edilsin;

1.41.4. 411.3-cü və 411.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"411.3. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Belə vəsatətin baxılma vaxtı və yeri barədə vəsatəti qaldırmış şəxslərə lazımi qaydada məlumat verilir. Həmin şəxslərin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına mane olmur. Vəsatətlə əlaqədar qəbul edilmiş qərarın surəti apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə göndərilir.

411.4. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti təmin etdikdə, bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayətini və ya kassasiya protestini cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir.”;

1.41.5. aşağıdakı məzmunda 411.5-ci və 411.6-cı maddələr əlavə edilsin:

"411.5. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

411.6. Bu Məcəllənin 411.5-ci maddəsində nəzərdə tutulmuş qərardan şikayət və ya protest verildiyi halda apellyasiya instansiyası məhkəməsi onu cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Kassasiya instansiyası məhkəməsinin hakimi kassasiya şikayəti və ya kassasiya protesti verilməsi müddətini bərpa etdikdə bu Məcəllənin 418.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirir. Kassasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə qərarı qətidir və ondan şikayət və ya protest verilə bilməz. Vəsatətlə əlaqədar qəbul edilmiş qərarın surəti hər bir halda kassasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə göndərilir.”;

1.42. 412-ci maddə üzrə:

1.42.1. 412.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"412.1. Kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir. Kassasiya şikayəti və ya kassasiya protesti birinci instansiya məhkəməsinə verildikdə şikayət və ya protest cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsinə verildikdə şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu maddədə göstərilən hər üç halda apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayəti və ya kassasiya protestinin apellyasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan 23 (iyirmi üç) gündən gec olmayaraq kassasiya şikayəti və ya kassasiya protesti cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilir.”;

1.42.2. 412.3-cü maddənin birinci cümləsi ləğv edilsin, ikinci cümlədən "həmçinin” sözü çıxarılsın;

1.42.3. 412.6-cı maddədə "şikayətindən və ya kassasiya protestindən imtina haqqında apellyasiya instansiyası məhkəməsinə verilmiş ərizə” sözləri "şikayətinin və ya kassasiya protestinin geri götürülməsi haqqında müraciət” sözləri ilə əvəz edilsin;

1.43. 413.1.4-cü maddəyə "qərarın” sözündən sonra "tarixi,” sözü əlavə edilsin;

1.44. 414.2-ci maddədən "və ya xüsusi ittiham qaydasında şikayət” sözləri çıxarılsın;

1.45. 415-ci maddə üzrə:

1.45.1. 415.0-cı maddə 415.1-ci maddə hesab edilsin və həmin maddədə "Kassasiya instansiyası” sözləri "Apellyasiya instansiyası” sözləri ilə əvəz edilsin;

1.45.2. 415.0.1 - 415.0.4-cü maddələr müvafiq olaraq 415.1.1 - 415.1.4-cü maddələr hesab edilsin;

1.45.3. 415.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"415.1.3. kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair bu Məcəllənin 413-cü maddəsinin tələblərinə riayət edilmədikdə;”;

1.45.4. aşağıdakı məzmunda 415.2-ci maddə əlavə edilsin:

"415.2. Bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kassasiya şikayətinin və ya kassasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Bu halda şəxs bu Məcəllənin 410-cu maddəsində göstərilən müddətlərdə yenidən kassasiya şikayəti və ya kassasiya protesti verə bilər.”;

1.46. 417-ci maddə üzrə:

1.46.1. 417.1-ci və 417.2-ci maddələrdə "kassasiya instansiyası” sözləri "apellyasiya instansiyası” sözləri ilə əvəz edilsin;

1.46.2. 417.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"417.3. Kassasiya şikayətinə və ya kassasiya protestinə dair etirazlar apellyasiya məhkəməsi tərəfindən işə əlavə olunur, bu etirazlar iş kassasiya instansiyası məhkəməsinə göndərildikdən sonra daxil olduqda bilavasitə kassasiya instansiyası məhkəməsinə göndərilir.”;

1.47. 418-ci maddə üzrə:

1.47.1. 418.2.2-ci maddədə "yetirilməsini təmin edir” sözləri "yetirilib-yetirilmədiyini müəyyən edir” sözləri ilə əvəz edilsin;

1.47.2. 418.2.3-cü və 418.4-cü maddələr ləğv edilsin;

1.47.3. 418.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"418.3. Kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır.”;

1.48. 421.1.1-ci maddədən "418.2.3,” və "418.4,” rəqəmləri çıxarılsın;

1.49. 432.6-cı maddəyə "icraata” sözündən sonra "bəraətverici əsaslar olmadan” sözləri əlavə edilsin;

1.50. 434.1-ci maddədə "şübhəli və təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız ona az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin” sözləri "təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinə yalnız ona ağır və ya xüsusilə ağır cinayətin, 16 yaşına çatmış təqsirləndirilən şəxslərə isə həmçinin az ağır cinayətin zorakı üsulla və ya iki dəfədən çox” sözləri ilə əvəz edilsin;

1.51. 438.2-ci maddəyə "ağır” sözündən sonra "və xüsusilə ağır” sözləri əlavə edilsin;

1.52. aşağıdakı məzmunda 449.3.4-1 - 449.3.4-3-cü maddələr əlavə edilsin:

"449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi;

449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi;

449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi;”;

1.53. 473-cü maddədə "ilə tanış olmaq və ona” sözləri "və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola” sözləri ilə əvəz edilsin;

1.54. 476.0.1-ci maddəyə "göndərir” sözündən sonra ", gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş həmin qərarı "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirir” sözləri əlavə edilsin;

1.55. 480.5.1-ci maddəyə "təsdiq edir” sözlərindən sonra ", gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş həmin qərarı "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirir” sözləri əlavə edilsin;

1.56. 487-4.0.5-ci maddədə "99-5.3” rəqəmləri "99-5.4” rəqəmləri ilə əvəz edilsin;

1.57. aşağıdakı məzmunda 511-1-ci maddə əlavə edilsin:

"Maddə 511-1. Zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə

511-1.1. Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə müvafiq olaraq zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır.

511-1.2. Bu Məcəllənin 511-1.1-ci maddəsində göstərilən qaydada cəza çəkməkdən azad etmə zərərçəkmiş şəxsin və mülki iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və 73-2.2-ci maddələri ilə müəyyən edilmiş məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən müvafiq sənəd nəzərə alınmaqla tətbiq edilir. Zərərçəkmiş şəxs və mülki iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi olmadığı hallarda həmin şəxslərin və ya onların qanuni nümayəndələrinin məhkəmə iclasında iştirakı məcburidir.”;

1.58. 521-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 521. Əmlakın müsadirəsi barədə Azərbaycan Respublikasında çıxarılmış hökm və ya digər yekun qərarların xarici ölkədə icrası

521.1. Xarici ölkədə yerləşən əmlakın müsadirəsi barədə Azərbaycan Respublikasında çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən 5 gün müddətində həmin hökm və ya digər yekun qərarı çıxarmış məhkəmə tərəfindən müsadirə olunmalı əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin edilməsi məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilir.

521.2. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, o cümlədən əmlakın yerləşdiyi sorğu edilən ölkənin qanunvericiliyinə əsasən tələb olunan zəruri tədbirləri görməlidir.”;

1.59. aşağıdakı məzmunda LIX fəsil əlavə edilsin:

"LIX fəsil

Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat

Maddə 522. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması qaydası

522.1. Xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması bununla bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə mövcud olduğu halda həyata keçirilir. Belə beynəlxalq müqavilə olmadıqda xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları qarşılıqlılıq prinsipinə riayət ediləcəyinə dair həmin dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən təminat verildiyi halda tanına bilər.

522.2. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üçün xarici dövlətin müvafiq səlahiyyətli orqanı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanına sorğu ilə rəsmi müraciət edir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğunun daxil olduğu müvafiq icra hakimiyyəti orqanı və ya digər dövlət orqanları daxil olmuş belə sorğunu xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının bu Məcəllənin 522 - 525-ci maddələri ilə müəyyən edilmiş qaydada tanınması üzrə icraatın təmin edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir.

522.3. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının rəsmi müraciətinin bu Məcəllənin 523-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət edilmədikdə əlavə məlumatların təqdim edilməsinə dair müraciət edir.

522.4. Azərbaycan Respublikasının Baş Prokurorluğu aşağıdakı hallardan hər hansı biri mövcud olduqda xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə bu Məcəllənin 522.6-cı maddəsində nəzərdə tutulmuş qaydada təqdimat verir:

522.4.1. barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxs son 12 ayın əksər hissəsini Azərbaycan Respublikasında yaşamışdırsa;

522.4.2. barəsində xarici dövlətlərin məhkəmələrinin hökmünün və ya digər yekun qərarının çıxarıldığı şəxsin mənşə ölkəsi Azərbaycan Respublikasıdır və Azərbaycan Respublikası qeyd edilən hökmün və ya qərarın icrası niyyətindədirsə;

522.4.3. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası məhkum edilmiş şəxsin sosial reabilitasiya imkanlarını gücləndirirsə;

522.4.4. barəsində xarici dövlətlərin məhkəmələrinin azadlıqdan məhrum etmə ilə bağlı hökm və ya digər yekun qərarının çıxarıldığı şəxs Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkirsə.

522.5. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu Məcəllənin 522.4-cü maddəsində nəzərdə tutulmuş hallardan ən azı biri mövcud olmadıqda rəsmi müraciəti baxılmamış saxlayır və bu barədə sorğu verən xarici dövlətə məlumatın verilməsini təmin edir.

522.6. Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir.

Maddə 523. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair rəsmi müraciətin məzmunu

523.1. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair rəsmi müraciətdə aşağıdakılar göstərilməlidir:

523.1.1. Azərbaycan Respublikasının sorğu edilən səlahiyyətli orqanının adı;

523.1.2. xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;

523.1.3. tanınması xahiş edilən hökmün və ya digər yekun qərarın xarici dövlətin məhkəməsi tərəfindən təsdiq edilmiş surəti;

523.1.4. tanınması xahiş edilən hökmün və ya digər yekun qərarın qanuni qüvvəyə minməsini təsdiq edən sənəd;

523.1.5. barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxsin adı, atasının adı, soyadı və yaşayış yeri haqqında məlumatlar;

523.1.6. barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyat nömrəsi, təsisçiləri və qanuni təmsilçiləri barədə məlumatlar;

523.1.7. cinayət tərkibinin əlamətləri, faktların təsviri və əməlin tövsifi, məhkum olmuş şəxsin əleyhinə olan sübutlar;

523.1.8. xarici dövlətin müvafiq cinayət qanununun mətni;

523.1.9. müsadirə edilməli olan əmlak mövcud olduqda onun barəsində ətraflı məlumat və onun müfəssəl təsviri, yerləşdiyi yer, əmlakı saxlayan, sahiblik edən, ondan istifadə edən şəxslər haqqında və əmlakın məhkum olunmuş şəxsə aidiyyəti barəsində ətraflı məlumat;

523.1.10. cinayət nəticəsində vurulmuş ziyanın məbləği;

523.1.11. sorğu olunan iş üzrə əmlak üzərinə həbs qoyulması da daxil olmaqla əvvəllər hüquqi yardım göstərilmişdirsə, Azərbaycan Respublikasının hüquqi yardım göstərmiş orqanı və göstərilmiş hüquqi yardım haqqında ətraflı məlumat;

523.1.12. Azərbaycan Respublikasının ərazisindən kənarda şəxsə məxsus olduğu məlum olan bütün başqa əmlak barəsində qısa məlumat.

523.2. Əmlakın müsadirə edilməsi xahişi ilə rəsmi müraciətə məhkumun və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin Azərbaycan Respublikasında aparılan icraat və çıxarılacaq qərar barəsində məlumatlandırılacağına dair öhdəlik məktubu əlavə edilməlidir.

Maddə 524. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair təqdimata baxılması qaydası

524.1. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair təqdimata, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla açıq məhkəmə iclasında baxılır.

524.2. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxslərə və ya hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (onlar məlum olduqda) məlumat verilməlidir.

524.3. Bildiriş vərəqəsinin maraqlı şəxslərə verilməsi barədə məhkəmədə məlumat olarsa, həmin şəxsin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsi təqdimata baxılmasına mane olmur. Əgər şəxs təqdimata baxılmasının başqa vaxta keçirilməsi barədə xahişlə məhkəməyə müraciət edərsə və həmin xahiş məhkəmə tərəfindən üzrlü hesab edilərsə, məhkəmə işə baxılmasını başqa vaxta keçirir və müraciət etmiş şəxsi yeni məhkəmə baxışının vaxtı barədə xəbərdar edir.

524.4. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimata baxılmasının yeri və vaxtı haqqında, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxslər, habelə həmin hökmün və ya qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslər bilavasitə və ya sorğu edən dövlət vasitəsilə məlumatlandırılır.

524.5. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikası ərazisində tanınmasından aşağıdakı hallarda imtina edilir:

524.5.1. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olduqda;

524.5.2. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının qəbul edilməsi zamanı şəxsin minimal hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ təmin edilmədikdə;

524.5.3. xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları sorğu edən ölkənin qanunvericiliyinə əsasən qüvvəyə minmədikdə və ya onun mübahisələndirilməsi vasitələri tükənmədikdə;

524.5.4. "Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallar mövcud olduqda;

524.5.5. sorğu edilən şəxs barəsində eyni əməl üzrə Azərbaycan Respublikasının cinayət təqibi orqanının cinayət işinin xitam olunması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarı, Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş hökm və ya yekun qərarı olduqda və ya həmin şəxs barəsində həmin əməl üzrə cinayət təqibi aparıldıqda;

524.5.6. əmlakın müsadirə edilməsi ilə bağlı xarici dövlətin səlahiyyətli orqanının sorğusunda və ona əlavə edilən xarici dövlətlərin məhkəmələrinin hökmlərində və ya digər yekun qərarlarında əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi müsadirə edilməli olan digər əmlak olmasına dair sübutlar olmadıqda;

524.5.7. cinayət sorğu edən dövlətin hüdudlarından kənarda törədildikdə;

524.5.8. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası qeyri-mümkün olduqda;

524.5.9. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının sorğu edən dövlətin müvafiq səlahiyyətli orqanları tərəfindən icra edilməsi mümkün olduqda;

524.5.10. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğu edən xarici dövlət tərəfindən qarşılıqlılıq prinsipinə riayət olunmadıqda;

524.5.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan digər hallarda.

524.6. Məhkəmə iclasda iştirak edən şəxsləri dinlədikdən sonra xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tam və ya qismən tanınması, yaxud bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Həmin qərar dərhal qüvvəyə minir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və icrasına dair qərar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilir.

524.7. Qərarın surəti onun çıxarıldığı gündən 3 gün müddətində Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində qərarın çıxarıldığı şəxsə və ya onun nümayəndəsinə, hökmün və ya digər yekun qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (məlum olduqda) bilavasitə və ya sorğu edən xarici dövlət vasitəsilə göndərilir.

524.8. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və ya bundan imtina edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarından Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxs, habelə qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslər həmin qərarı aldığı vaxtdan 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət və ya protest verə bilərlər.

Maddə 525. Əmlakın müsadirəsi barədə rəsmi müraciətə baxılmasının xüsusiyyətləri

525.1. Əmlakın müsadirəsi barədə xarici dövlətlərin məhkəməsi tərəfindən çıxarılmış qərar yalnız həmin qərarda nəzərdə tutulmuş əmlak Azərbaycan Respublikası ərazisində yerləşdikdə tanınır.

525.2. Azərbaycan Respublikasının milli, tarixi və mədəni irsini təşkil edən əşyalara münasibətdə əmlakın müsadirəsi barədə xarici dövlətlərin məhkəməsi tərəfindən çıxarılmış qərarlar tanına bilməz.

525.3. Əmlakın müsadirəsi barədə qərarın icrasına dair sorğu bu Məcəllənin 523.1.9-cu maddəsinin tələblərinə cavab vermirsə və Azərbaycan Respublikasında həyata keçirilən cinayət mühakimə icraatına xələl yetirə bilərsə, sorğu edən tərəfə məlumat verilməklə müsadirə qərarının icrası təxirə salına bilər. Bu barədə xarici dövlətin müvafiq səlahiyyətli orqanına məlumat verilir.

525.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, müsadirə edilmiş əmlakın və ya onun dəyərinin məhkəmə və əmlakın saxlama məsrəfləri çıxıldıqdan sonra əlli faizi sorğu edən dövlətə qaytarılır, qalan hissəsi isə dövlət nəfinə keçirilir.”.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanun 2020-ci il iyul ayının

15-dən qüvvəyə minir.

2.2. Bu Qanunun 1.40.3 - 1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video