Alternative content

13:38 07 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazaxda qaydaları pozanlar cərimələnib
Qazaxda qaydaları pozanlar cərimələnib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:10 12.07.2020


Koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Qazax rayonunda ciddi nəzarət tədbirləri həyata keçirilir.

Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə yaradılmış və hər biri

5 nəfərdən ibarət olan 30 mobil qrup da fəaliyyət göstərir. Tərkibində bir nəfər Daxili İşlər Nazirliyinin əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrup üzvləri rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai iaşə və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirirlər.

Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və tədbir görmək üçün reydlər keçirilir və kafe - restoranlarda vətəndaşların kütləvi şəkildə toplaşaraq gizlin şəkildə toy, nişan, ad günü mərasimləri keçirmələrinin, eləcə də rayon ərazisində yas mərasimlərinin təşkil olunmasının qarşısı birmənalı şəkildə alınır.

Bu günlərdə keçirilən növbəti reyd zamanı koronavirusdan vəfat etmiş, rayonun Aşağı Əskipara kənd sakini Məhəmməd Məmmədovun yaxın qohumları tərəfindən Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində 24 mənzilli binada mərhumun üç mərasiminin keçirilməsi aşkar edilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatının və rayon polis şöbəsi əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı məlum olub ki, mərhuma ehsan verilməsi üçün binanın qarşısında hər biri 10 nəfərlik 6 masa təşkil olunmuş və mərasimdə 40 nəfər şəxs iştirak etmişdir.

Qeyd edək ki, yas mərasimini təşkil edən mərhumun oğlu Ədalət Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının Aşağı Əskipara kənd İƏD-si üzrə nümayəndəsi İlqar İsayev isə yas mərasimində iştirak edənlərin sayı barədə məlumatları aidiyyəti üzrə düzgün təqdim etmədiyinə görə tutduğu vəzifədən azad edilib.

Mərasimdə iştirak edən digər vətəndaşlara isə karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunmuşdur.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM