11 Iyul 2020 22:23
719
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyi: 6472 obyektdə sanitar-epidemioloji tələblər pozulub


Ticarət və xidmət obyektlərində nəzarət tədbirləri davam edir.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyulun 10-da keçirilən monitorinqlərdə Yasamal rayonunda "Uğur market”də, "City market”də, "Ukrayna məhsulları” mağazalarında, "İstanbul dönər”də, Səbail rayonunda "Asian Street Food” ictimai-iaşə obyektində, "Dokta" MMC-yə məxsus aptekdə, Natiq Kələntərova məxsus "Min bir xırdavat” mağazasında, Nizami rayonunda "Nağıl market”də, "Hermes market”də, "Oba market”də, Əbülfət Səfərova məxsus ərzaq mağazasında, Sabunçu rayonunda "Lyüks tikinti materialları mağazası”nda, "Real inşaat mağaza”da, "24 saat market”də, "Seyid ərzaq mağazası”nda, Nərimanov rayonunda Elnur Səlimova məxsus ərzaq mağazasında, Arif Həsənova məxsus "Şərab evi”ndə, Xətai rayonunda "Magic Powder" MMC-yə məxsus mağazada, Suraxanı rayonunda İsmayıl Cabbarlıya və Təranə İbrahimovaya məxsus ərzaq mağazalarında, Binəqədi rayonunda Sehran Qasımova məxsus telefon mağazasında, Mirəsgər Mehdizadəyə məxsus aptekdə, Qaradağ rayonunda Mirheydər Həsənova və Səbirə Nəcəfovaya məxsus mağazalarda, Xəzər rayonunda "Araz market”də, "Oba market”də, "Everest market”də, Nəsimi rayonunda "İstanbul Mall”da, Sirac Əhmədova məxsus telefon mağazasında, Ağsu rayonunda Müşfiq Ədilova və Kifayət Qədimovaya məxsus geyim mağazalarında, "Kafe Amir”də, Lənkəran rayonunda Ruslan Mirzəyevə məxsus "İnşaat malları mağazası”nda, Amil Nuriyevə və Müşfiq Qasımova məxsus mağazalarda, Balakən rayonunda "Damla uşaq geyimləri mağazası”nda, Füzuli rayonunda Coşqun Əsədova məxsus "Min bir xırdavat” mağazasında, Tuğay Bayramova məxsus ictimai-iaşə obyektində, Yevlax rayonunda "Halal market”də, "Aptek Zeytun”da, Qusar rayonunda "Antalya”, "555 Elektroniks" mağazalarında, "Estetik" gözəllik salonunda, ümumilikdə monitorinq aparılmış 631 obyektin 213-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıblar və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

İyulun 10-da nəzarət tədbirləri keçirilmiş obyektlərin 94-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 11-dək monitorinq aparılmış 14 min 262 sahibkarlıq subyektindən 6472-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Monitorinqlər davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video