11 Iyul 2020 22:22
753
CƏMİYYƏT
A- A+

Azərbaycanın Özbəkistandakı səfirliyi bəzi saytlarda yayılmış böhtan xarakterli məlumatlarla bağlı açıqlama verib


Son günlər Azərbaycanın Özbəkistandakı səfirliyinin keçmiş əməkdaşı tərəfindən bəzi saytlarda səfirliyə qarşı haqsız və böhtan xarakterli məlumatlar yayılıb.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin attaşesi Elnur Hüseynov 2019-cu ilin fevralında Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin attaşesi vəzifəsinə təyin edilib. Xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə E.Hüseynov Xarici İşlər Nazirliyinin 2020-ci il 8 iyul tarixli əmri ilə tutduğu vəzifədən və habelə nazirlik sistemindən azad olunub.

Səfirliyin məlumatında deyilir: "Səfirliyə təyinatından öncə Elnur Hüseynov bilik səviyyəsi ilə bağlı yanlış məlumatlar verib. Göndərilmiş təqdimatda onun rus, ingilis və türk dillərini bildiyi qeyd edilib. Özbəkistanda bütün rəsmi yazışma və danışıqlar beynəlxalq dil kimi rus və ingilis dillərində aparılır. E.Hüseynov səfirliyə attaşe təyin edildikdən sonra məlum olub ki, o, həmin dilləri bilmədiyi üçün təlimatları, tapşırıqları icra edə bilməyib, bu isə nəticədə səfirliyin iş prosesində ciddi problemlərin yaranmasına səbəb olub. Bu barədə səfirlik Xarici İşlər Nazirliyinə məlumat verib.

E.Hüseynov, həmçinin xidməti istifadə üçün sənədləri mətbuata ötürərək "Dövlət sirri haqqında” Qanunun tələblərini pozub. O, iddia edir ki, səfirlik əməkdaşlarının mənzil icarə xərcləri üçün illik ümumilikdə 74 min 400 ABŞ dolları nəzərdə tutulmasına baxmayaraq, real xərc (səfirliyə göndərilən vəsait) 66 min ABŞ dolları təşkil edir. Bununla əlaqədar bildiririk ki, səfirliyə göndərilən vəsaitə dair cədvəldə bir əməkdaş ştatı (I katib) öz əksini tapmayıb. Bu vəzifə hazırda vakant olduğu üçün cədvələ daxil edilməyib. Əgər ilin sonuna qədər qeyd edilən ştat vakant qalarsa, təbii ki, vəsait (8 min ABŞ dolları) dövlət büdcəsinə avtomatik olaraq qaytarılır.

Səfirliyin digər iki əməkdaşı kimi, E.Hüseynov üçün də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən şəhərdə xüsusi mənzil icarəsi üçün vəsait nəzərdə tutulmayıb, ona və digər əməkdaşlara səfirliyin ərazisindəki mövcud dörd ikiotaqlı mənzildə yaşamaq şəraiti yaradılıb. Lakin E.Hüseynov bu təklifi qəbul etməyib, icarə xərclərini öz imkanları hesabına ödəyərək şəhərin mərkəzində ev tutub.

Xüsusilə qeyd etmək istəyirik ki, bəzi saytlarda yerləşdirilmiş böhtan xarakterli məqalədə "...bataqlıq kimi ad qazanan bir ölkə...” kimi təqdim edilən Özbəkistan, əslində, Azərbaycana qardaş olan və bütün nüfuzlu beynəlxalq təşkilatlarda bizim mövqeyimizi qətiyyətlə dəstəkləyən ölkədir. Onu da unutmayaq ki, Özbəkistan MDB ölkələri arasında yeganə dövlətdir ki, Ermənistanı təcavüzkar adlandırıb və Daşkənddə Ermənistan səfirliyinin açılmasına hələ də icazə verməyib.

Bəzi KİV-lərə xatırlatmağı məqsədəuyğun hesab edirik ki, hər hansı bir məsələ haqqında bilərəkdən yalan məlumatların yayılması, habelə "məxfi” və ya "xidməti istifadə üçün” nəzərdə tutulan sənədlərin dərc edilməsi qanuna ziddir. Azərbaycanın Özbəkistandakı səfirliyi bu və ya digər məsələlərlə bağlı KİV-lərin istənilən suallarına ətraflı cavab verməyə həmişə hazırdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video