11 Iyul 2020 13:51
474
SİYASƏT
A- A+

EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub


Pandemiya jurnalistlərin də fəaliyyətinə təsir edir, doğru olmayan məlumatların yayılması medianın işini çətinləşdirir. Hazırda feyk xəbərlərlə mübarizə informasiya agentliklərinin fəaliyyətinin əsas istiqamətinə çevrilib.

Bu fikirləri France Press agentliyinin prezidenti Fabris Fris Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv agentliklərin onlayn görüşündəki məruzəsində səsləndirib.

O, pandemiya dövrünün informasiya agentliklərinin fəaliyyətinə təsirindən danışaraq deyib: "Hazırkı vəziyyət sifarişlərin azalmasına səbəb olur. Buna baxmayaraq, biz fəaliyyətimizi şaxələndirməyə, yeni sahələrdə özümüzü sınamağa çalışırıq. Feyk xəbərlərlə mübarizə bizim fəaliyyətimizin əsas istiqamətinə çevrilib. İndiki dövrdə buna həqiqətən böyük ehtiyac var”.

Vebseminarda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vurğulayıb ki, hazırda qlobal müstəvidə səylər və birgə addımlar mövcud problemlərin həlli baxımından mühüm rol oynaya bilər. COVID-19 ilə mübarizədə ölkəmizin qlobal həmrəylik təşəbbüslərini diqqətə çatdıran İdarə Heyətinin sədri deyib: "Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının bu mövzuya həsr olunmuş videokonfransında Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsü 130 ölkə dəstəklədi və sessiyanın keçiriləcəyi gün uzaqda deyil”.

Aslan Aslanov avropalı həmkarlarını AZƏRTAC-da fəaliyyətin epidemioloji şəraitə necə uyğunlaşdırıldığı barədə məlumatlandırıb. Həmçinin qeyd edib ki, informasiya agentlikləri pandemiyanın başlanğıcından bəri feyk xəbərlərlə mübarizə işinə qlobal səviyyədə böyük töhfələr veriblər və bu istiqamətdə səyləri davam etdirirlər.

Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal,

EANA-nın prezidenti, Almaniyanın DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, Türkiyənin Anadolu Agentliyinin baş direktoru Şenol Kazancı və başqaları seminarda çıxış edərək xəbər agentliklərinin gələcəyi, böhran vəziyyətlərinin jurnalistikaya təsirləri, mətbuatın transformasiya istiqamətləri barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. Buraya Böyük Britaniyanın Press Association, Fransanın France Press, Almaniyanın DPA, İspaniyanın EFE, Rusiyanın TASS, Türkiyənin Anadolu kimi böyük agentlikləri daxildir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video