05:27 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Son sutka ərzində dünyada koronavirusa rekord sayda yoluxma qeydə alınıb
ANA SƏHİFƏ / DÜNYA
11:17 11.07.2020
Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 236 min 918 yoluxma halı qeydə alınıb. Öncəki gün yoluxanların sayı 223 min 640 nəfər təşkil etmişdi.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin iyulun 10-da COVID-19 infeksiyası səbəbindən 5 min 416 nəfər vəfat edib.

Saytın Bakı vaxtı ilə bu gün saat 11:00-a olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların ümumi sayı 12 milyon 631 min 245 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 562 min 900 nəfərə çatıb. Eyni zamanda, 7 milyon 366 min 780 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 4 milyon 701 min 557 xəstədən 58 min 696 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 71 min 787. Bu, həm də ölkə daxilində qeydə alınan ən yüksək göstəricidir. Beləliklə, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 3 milyon 291 min 786 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 1 milyon 804 min 338 nəfər. İyulun 10-da ölkədə yoluxma sayına görə rekordun müəyyən edildiyi (27 min 761 nəfər) Hindistanda isə yoluxma sayı 822 min 603 nəfərə çatıb. Rusiyada 713 min 936 nəfər, Peruda 319 min 646 nəfər, Çilidə isə 309 min 274 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 136 min 671 nəfər. İlk beşliyə daxil olan Braziliyada 70 min 524, Birləşmiş Krallıqda 44 min 650, İtaliyada 34 min 938, Meksikada 34 min 191 nəfər koronavirus səbəbindən həyatını itirib.

Artıq xeyli vaxtdır ki, COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 7,28 faizdir.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Martın 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM