Alternative content

08:03 05 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
01:22 05.08.2020 BİLDİRİŞ
01:22 05.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan nümayəndəsi Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçilib
Azərbaycan nümayəndəsi Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
11:13 11.07.2020
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) Şurasının iclasları COVID-19 pandemiyası səbəbindən baş tutmadığına görə tədbirin gündəliyində duran məsələlərin bir hissəsinə yazışmalar yolu ilə baxılıb, yekunda videokonfrans keçirilib. Videotədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Nasir Həmidov təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı müxtəlif dünya ölkələri tərəfindən QSF proqramı çərçivəsində hazırlanaraq ÜPİ-yə təqdim edilmiş beynəlxalq poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə yeni layihələr müzakirə olunub.

Eyni zamanda, ölkələrin poçt şəbəkəsində icrası sona çatmış QSF layihələrinə dair yekun hesabatlar, layihələrə düzəlişlər edilməsi barədə müraciətlər, icra olunmuş layihələrin qiymətləndirilməsi üzrə hesabatlar və digər sənədlərin müzakirəsi aparılıb.

Sonda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının yeni dövr üzrə sədri və müavini vəzifələrinə seçkilər keçirilib. Şuranın sədri vəzifəsinə 2 namizəd – ABŞ və Fransa, sədr müavini vəzifəsinə isə bir namizəd – Azərbaycan olub. Seçkilərin nəticələrinə görə ABŞ nümayəndəsi Maykl Corc sədr, Azərbaycan nümayəndəsi Nasir Həmidov sədr müavini seçilib.

Qeyd edək ki, Şuraya dünyanın 5 coğrafi regionundan 11 ölkənin (ABŞ, Azərbaycan, Çin, Hindistan, İsveçrə, Fransa, Çili, Misir, Tunis, Tailand və Rusiya) nümayəndələri daxildir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM