11 Iyul 2020 11:12
763
Mədəniyyət
A- A+

Almanıyanın xəbər portalında “Bakının İçərişəhəri: UNESCO tərəfindən tanınmanın 20 illiyi” sərlövhəli geniş məqalə yerləşdirilib


İçərişəhərin Qız qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə bağlı alman jurnalist Urs Unkaufun müəllifliyi ilə "Ostexperte” xəbər portalında "Bakının İçərişəhəri: UNESCO tərəfindən tanınmanın 20 illiyi” sərlövhəli geniş məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 20 il bundan öncə Bakının İçərişəhəri Qız qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bildirilir və bu il həmin tarixin 20 illiyi qeyd olunur. Qala Divarları, Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, Məhəmməd Məscidi, eləcə də İçərişəhərdəki abidələr, onların tarixçəsi, təfərrüatları və mədəni əhəmiyyəti barədə məlumat verilir.

Məqalədə vurğulanır ki, İçərişəhər, Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 1998-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq qorunur. Məqalədə, "İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti barədə məlumat diqqətə çatdırılır. Əlavə edilir ki, "İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi, İçərişəhər ərazisindəki abidələrin və bütovlükdə memarlıq-şəhərsalma kompleksinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə təsis edilib. Qeyd olunur ki, İçərişəhərin Vahid İdarəolunması Planı və Bakının Tarixi Mərkəzinin Konservasiyası üzrə Baş Plan hazırlanıb. Bu müstəvidə, "İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər sadalanır.

Məqalədə, həmçinin tarixi binaların (Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd Məscidi, Bəylər Məscidi, Bakı Xan Sarayı) bərpası və onların beynəlxalq mədəniyyət mərkəzlərinə çevrilməsi istiqamətində görülən işlər barədə məlumat verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video