Alternative content

15:06 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaponiya hökuməti koronavirusa yoluxmaların nəticələrinin uzunmüddətli araşdırılmasına başlayacaq
Yaponiya hökuməti koronavirusa yoluxmaların nəticələrinin uzunmüddətli araşdırılmasına başlayacaq
ANA SƏHİFƏ / DÜNYA
11:07 11.07.2020

Yaponiya hökuməti koronavirusa yoluxmuş xəstələr sağaldıqdan sonra onların səhhətinin uzunmüddətli araşdırılmasına başlamağı planlaşdırır.

AZƏRTACxəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat naziri Kato Katsunobu məlumat verib. Nazir bildirib ki, Yaponiyada və xaricdə qeydə alınan xəstələr sağalaraq xəstəxananı tərk etdikdən sonra onlarda yüksək temperatur, yorğunluq və tənəffüs problemləri müşahidə olunur. Nəfəsalmada və hərəkətlə bağlı yaranan problemlər həmin insanlara normal yaşamağa imkan vermir. Buna görə də hökumət strukturları gələn aydan başlayaraq, belə xəstələrdə koronavirusa yoluxmanın nəticələrinin uzunmüddətli araşdırılmasına başlayacaq.

Araşdırmaya koronavirusa yoluxmuş, lakin müalicədən sonra bu virusa mənfi reaksiya vermiş təqribən 2 min nəfərin cəlb olunacağı bildirilir. Xüsusən ağır simptomlarla əlaqədar oksigen terapiyası keçən yaşı 20 və daha yuxarı olan insanlarda virusun tənəffüs orqanlarına təsiri öyrəniləcək.

Nazirlik, həmçinin xəstəliyin yüngül keçdiyi və müalicədən sonra ağırlaşmaların müşahidə olunmadığı insanlarla bağlı araşdırmalar aparılmasını planlaşdırır.

Qeyd edək ki, son günlər Yaponiyada koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Belə ki, iyulun 11-nə olan məlumata görə, sutka ərzində koronavirusa 413 nəfərin yoluxduğu qeydə alınıb. Bu, aprelin 24-dən bəri ən yüksək göstəricidir. Ümumiyyətlə, indiyədək Yaponiyada 21 min 893 nəfərin həmin virusa yoluxduğu və onlardan 995 nəfərin həyatını itirdiyi bildirilir.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM