Alternative content

16:16 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Siyasi plüralizm və yeni siyasi konfiqurasiya
Siyasi plüralizm və yeni siyasi konfiqurasiya
ANA SƏHİFƏ / SİYASƏT
01:44 11.07.2020


Azərbaycanda siyasi islahatlar dərinləşdikcə siyasi plüralizmin daha da şaxələnməsi, siyasi hüquq və azadlıqların durmadan genişlənməsi, çoxpartiyalı siyasi sistemin yeni konfiqurasiyasının formalaşması prosesi daha intensiv getməyə başlayıb.

Bir sıra yeni partiyaların dövlət qeydiyyatına alınması, siyasi partiyaların liderləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilı əlaqələr şöbəsində mütəmadi olaraq keçirilən görüşlər dediklərimizə sübutdur. Bir sıra partiya liderlərinin və qeyri-hökumət təşkilatı rəhbərlərinin müalicəsinin dövlətin və Heydər Əliyev Fondunun öz üzərinə götürməsi Prezidentin və Birinci vitse-prezidentin yüksək humanizmindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara qayğısından xəbər verir.

Son parlament seçkiləri və orada bir çox partiyaların təmsil olunması dövlət quruculuğu prosesində çoxpartiyalı siyasi sistemin təmsilçiliyinə geniş yer verildiyinə dəlalət edir. Həmin partiyaların qanunvericilik orqanında uğurlu fəaliyyətləri ölkəmizdə çoxpartiyalı parlament sisteminin bərqərar olduğunu əyani surətdə nümayiş etdirir.

Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün "Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda videokonfrans formatında görüş keçirilməsi də bu istiqamətdə irəliyə doğru atılan addımlardan biridir.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, "olduqca aktual mövzuya həsr edilən tədbirdə pandemiya dövründə meydana çıxan yeni çağırışlar fonunda siyasi sistemin əsas elementləri olan siyasi partiyaların fəaliyyəti müzakirə ediləcək”.

Doğrudan da, birmənalı təsdiq olunur ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların gətirdiyi dəyişikliklər bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühitini daha da möhkəmləndirmiş, ölkədə sabitliyin, siyasi və milli həmrəyliyin daha da möhkəmləndirilməsi üçün qüvvətli əsaslar yaratmışdır.

Onu da qeyd edək ki, bu əhəmiyyətli ideoloji və siyasi işin əsas istiqamətlərini dövlət başçısı VI çağırış Milli Məclisin ilk iclasındakı nitqində aydın şəkildə müəyyənləşdirmişdir. Bu sarıdan Prezidentin dərin məzmunlu, kifayət qədər konseptual xarakterli nitqi siyasi sistemin də komponentlərini və perspektivlərini əhatə etməklə ölkənin siyasi konfiqurasiyasında və ictimai münasibətlər sisteminin təkmilləşdirilməsində yeni tarixi mərhələ kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, parlament plüralizmi fərqli fikirlərin azad və sərbəst rəqabətinə yol açmaqla bir yandan cəmiyyətdəki fikir plüralizminin parlamentə daşınmasına, digər tərəfdən isə demokratik baxış və rəylərin cəmiyyətin siyasi mədəniyyətində möhkəm kök salmasına yol açır. Fərqli fikir və baxışların bu cür yarışı həm cəmiyyətdəki düşüncə gərginliyini səngidir, həm də inkişafımızın ən doğru və düzgün yolunu axtarıb tapmaqda ölkə rəhbərliyinə kömək edir.

Heç kimə sirr deyil ki, parlament hakimiyyət bölgüsünün vacib qolu, ölkədə həyata keçirilən siyasi islahatların mühüm mərkəzi olmaqla demokratik siyasi sistemin təkmilləşdirilməsində və siyasi qüvvələr nisbətinin düzgün müəyyənləşdirilməsində daim ön plana çıxan strukturlardandır. Son parlament seçkiləri də bunu əyani surətdə təsdiq etdi. VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirilməsi, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilməsi, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq etmələri haqqında danışdığımız siyasi konfiqurasiyanın ayrı-ayrı elementləridir.

Demokratik parlament quruculuğu ənənələrinin ən yaxşı nümunələrinə söykənən bu konfiqurasiya siyasi sistemin yeniləşməsinə yol açmaqla yanaşı, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərir. Artıq başa çatmış yaz və növbədənkənar sessiyalarda parlamentin uğurla fəaliyyət göstərməsi, eləcə də buna ictimai rəyin müsbət olması reaksiyası həyata keçirilən islahatların pozitiv nəticəsi kimi qiymətləndirilə bilər. Yeni siyasi konfiqurasiya çoxrəngliliyin, çoxsəsliliyin təcəssümü kimi də dəyərləndirilə bilər. Belə ki, qanunları yaradan orqanımızın monotonluqdan, fikirlər və mövqelər üzərindəki inhisarçılıqdan xilas olduğunu, azad sözün, azad fikrin sərbəst dolaşdığı bir məkana çevrildiyini cəsarətlə söyləmək olar.

Milli Məclis qlobal pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışıb: yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar, o cümlədən 2 konstitusiya qanunu qəbul edilib. Milli Məclisin iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan Hüquqları üzrə Müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabat və məruzələri dinlənilib. İyunun 30-da başa çatan növbədənkənar sessiya dövründə isə Milli Məclisin 8 iclası keçirilib, 35 qanun və qərar qəbul edilib. Bu, bir daha təsdiq edir ki, belə bir göstərici, bu cür fəallıq azad, demokrat fikrin mövcudluğu şəraitində baş verə bilər.

Bu gün Azərbaycan parlamenti cəmiyyətdə mövcud olan əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirir, siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir. Onu da əlavə edək ki, bu həm də, pandemiya dövründə cəmiyyətdə kəskin ehtiyac duyulan siyasi və milli həmrəyliyin daha da güclənməsi, cəmiyyətin monolitliyinin möhkəmləndirilməsi işinə mühüm töhfə deməkdir.

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev videokonfransda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən çoxşaxəli islahatlar aparıldığını, ölkənin daha da qüdrətlənməsi və dünya birliyində yüksək mövqe tutması, xalqın rifah halının daha da yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər görüldüyünü, eləcə də həyata keçirilən müxtəlif xarakterli dövlət proqramlarının cəmiyyətin bütün üzvlərini əhatə etməsinin diqqətdə saxlanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin danılmaz xidmətləri olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb.

Ədalət Vəliyev aparılan köklü struktur və kadr islahatlarına toxunaraq, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılmasının ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini diqqətə çatdırıb və qeyd edib ki, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər, aparılmış təhlillər, siyasi partiyalarla yaxından tanışlıq və əməkdaşlığa yönəlmiş çoxsaylı görüşlər, habelə konstruktiv əməkdaşlığın qurulması, yeni siyasi mədəniyyətin təşəkkülü barədə ətraflı təssəvvür yaradır.

Əlavə edib deyək ki, məhz şöbə tərəfindən proseslərə novatorcasına yanaşmanın nəticəsidir ki, cəmiyyətin siyasi palitrasında qarşıdurmadan əməkdaşlığa, destruktiv şüarçılıq, qaragüruhçuluqdan konstruktivliyə doğru kəskin dönüş əmələ gəlmiş, cəmiyyətin mənəvi-siyasi birliyi daha da möhkəmlənmişdir. Bu gün cəmiyyəti maraqlandıran müzakirə və polemikaların küçə və meydanlardan parlamentə, digər hakimiyyət orqanlarına və ciddi kütləvi informasiya vasitələrinə daşınmasına daha yaxşı şərait yaradılıb.

Ətrafına xeyli intellektual qüvvələr, könüllülər cəlb etməyi bacaran şöbə öz işini müasir tələblər səviyyəsində qura bilib və tədricən cəmiyyətdəki siyasi partiyalar arasındakı miqyaslı işin generatoruna çevrilib. O da xüsusi vurğulanmalıdır ki, Prezidentin təşəbbüsü və iradəsi ilə Azərbaycanda siyasi islahatların artıq yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, pozitiv proses iqtidar-müxalifət münasibətlərinin müzakirələr və qarşılıqlı dialoq vasitəsilə inkişaf etdirilməsinə söykənir. Bu cəmiyyətimizin ictimai-siyasi həyatında baş verən dərin keyfiyyət dəyişilikliyi, siyasi idarəçiliyimizi dünya standartları səviyyəsinə qaldırmaq naminə ortaya qoyulan siyasi iradənin göstəricisidir.

Siyasi konfiqurasiyanın yeni forması artıq bir vaxtlar mövcud olmuş siyasi konfrontasiya mühitini siyasi dialoq və barış müstəvisinə gətirməyə imkan vermiş, cəmiyyəti xeyli sabitləşdirmiş, yeni siyasi ənənələrin formalaşmasına rəvac vermişdir. Siyasi partiyaların qeydiyyatının davam etdirilməsi, yeni partiyalar hesabına cəmiyyətin təşkilatlanmasının, cəmiyyətin siyasi ab-havasının daha yaxşı təmizlənməsinin təmin edilməsi siyasi plüralizmin dərinləşməsinə və çoxpartiyalı siyasi sistemin inkişaf edib möhkəmlənməsinə yeni perspektivlər açmışdır. İndi siyasi partiyalar da, onların liderlərinin qayğıları da hər bir Azərbaycan vətəndaşı kimi dövlətin diqqət mərkəzindədir.

Siyasi islahatların dərinləşdirilməsi üçün növbəti mərhələnin Milli Məclisdə təmsil olunan siyasi partiyaların yaxından iştirakı, onların təmannasız rolu və daima hiss edilən rolu ilə aparılacaq partiyalararası konstruktiv siyasi müzakirələr olduğunu bildirən natiq Azərbaycan dövlətçiliyi üçün prinsipial olan məsələlərin yalnız və yalnız milli həmrəylik yolu ilə həll edilməsinin vacibliyini qeyd edərək ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə mübarizədə həm ölkə daxilində, həm də qlobal miqyasda həyata keçirdiyi tədbirlər, habelə korrupsiyaya qarşı mübarizə barədə geniş məlumat verib.

Pandemiya dövründə dövlət başçısının siyasətinin prioritetinin insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi olduğu, bütün zəruri qabaqlayıcı tədbirlərin görüldüyü, xəstələrin ödənişsiz müalicəsi üçün onlarla xəstəxana ayrıldığı, eləcə də müasir modul tipli 10 xəstəxana tikilib istifadəyə verildiyi, zəruri tibbi avadanlıqlar alındığı, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanıldığı, habelə iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq dəstək paketi qəbul olunduğu, 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənildiyi, bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq vəsait ödənilməsinin təmin olunduğu və bu işin bu gün də davam etdirildiyi, eləcə də vergiödəyiciləri üçün vergi güzəştləri və vergi tətillərinin nəzərdə tutulduğu Prezident Administrasiyasının şöbə müdiri tərəfindən diqqətə çatdırılıb. Görülən tədbirlər çərçivəsində ölkə rəhbərinin təşəbbüsü ilə həm də rəmzi məna daşıyan və Azərbaycan cəmiyyətinin həmrəyliyini nümayiş etdirən Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edildiyi, həm ölkə Prezidenti, həm də Birinci vitse-prezident tərəfindən özlərinin birillik əməkhaqqı məbləğlərinin fonda ianə edilməsinin xüsusi rəğbət doğurduğu, eyni zamanda Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu vasitəsilə qayğıya ehtiyacı olanlara bu çətin günlərdə göstərilən yardımların insanpərvərliyin və milli həmrəyliyin bariz nümunəsi olduğu vurğulanıb.

Ə.Vəliyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə nümunəvi hesab etdiyi Azərbaycan tərəfindən həmçinin könüllü beynəlxalq ianələr ayrılıb, 30-dan artıq dövlətə humanitar yardımlar edilib. Bununla yanaşı, 150 ölkənin kredit üçün müraciət etdiyi şəraitdə Azərbaycanın dayanıqlı iqtisadiyyatı sayəsində buna ehtiyacı olmadığı bildirilib. Bu dövrdə Azərbaycanın qlobal liderlik nümayiş etdirərək nüfuzlu beynəlxalq təşkilatların yüksəksəviyyəli görüşlərinin təşəbbüskarı kimi çıxış etdiyi iştirakçıların diqqətinə çatdırılıb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 130-dan çox dövlətin dəstəyi ilə BMT Baş Məclisinin pandemiyaya dair növbədənkənar sessiyasının çağırılmasına dair qərar xüsusilə diqqəti cəlb edib. Bu təşəbbüsün qəbul edilməsi Azərbaycanın beynəlxalq aləmdəki imicini daha artırmış, ölkəmizin beynəlxalq münasibətlərdə oynadığı rola xüsusi bir dinamizm vermişdir.

Prezident Administrasiyasının rəsmisi Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizənin pandemiya şəraitində də səngimədiyinə toxunaraq, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yüksək peşəkarlıqla həyata keçirilən tədbirlər barədə də danışıb. O, həmçinin pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəklədiyini, Azərbaycanda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşmanın və ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraitinin meydana gətirdiyini vurğulayıb. Çıxışının sonunda Ə.Vəliyev siyasi partiyaları dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıqda səylərini artırmağa çağırıb.

Daha sonra Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri - Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Ana Vətən Partiyasının sədri, Milli Məclisin İntizam komissiyasının sədrinin müavini Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı, Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev, Vəhdət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə çıxış edərək son dövrlər Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatların uğurlarından, çoxpartiyalı siyasi sistemin bərqərar olmasının üstünlüklərindən, iqtidarla siyasi partiyaların səmərəli əməkdaşlığı nəticəsində milli və siyasi həmrəyliyə nail olunmasından və bu zəmin üzərində pandemiyaya qarşı səmərəli mübarizə aparılması təcrübəsindən danışmışlar. Sonda tədbirlə bağlı bəyanat qəbul edilmişdir.

Qabil HÜSEYNLİ,

professor





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM