05:49 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:40 10.07.2020

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması məqsədilə qlobal pandemiya olan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən bütün struktur qurumlarda, o cümlədən penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər görülür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin Tibb baş idarəsi fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə əməkdaşların, penitensiar müəssisələrdə saxlanılan məhkumların müayinəsinə xüsusi diqqətlə yanaşılır, onların gündəlik termometriyası keçirilir. Həmçinin istintaq təcridxanalarına yeni daxil olan həbs edilmiş, habelə azad olunası şəxslər xüsusi karantinə yerləşdirilir.

Nazirliyin ayrı-ayrı əməkdaşlarında və penitensiar müəssisələrdə saxlanılan məhkumlarda COVID-19 infeksiyasına yoluxma halları ilə bağlı dərhal zəruri tədbirlər görülür, onların kontaktda olduğu şəxslər müəyyən olunaraq müayinədən keçirilirlər.

Məlumat verildiyi kimi, virusa yoluxan məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam sağaldıqdan sonra karantindən çıxarılırlar.

Bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb. Aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb. Həmin şəxslər də dərhal izolyasiya olunub və xüsusi müalicə müəssisinə yerləşdirilib. Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalandırma sistemi ilə təchiz olunub. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.

Virusa yoluxmuş məhkumlardan vaxtı çatmış 2 nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilib. Ümumiyyətlə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun şəffaf tətbiqi məqsədilə yaradılmış nazirliyin xüsusi Komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirmiş və 1000 nəfərədək məhkum məhkəmələr tərəfindən vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.

Virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkum isə dövlət başçısının humanist siyasətinin növbəti təzahürü olan əfv Sərəncamı ilə azadlığa buraxılıb.

Hazırda vəziyyət tam nəzarətdədir və narahatlığa əsas yoxdur. Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Həmçinin qeyd olunmalıdır ki, Ədliyyə nazirinin Əmri ilə təsdiq olunmuş COVID-19 infeksiyasının qarşısının alınması üzrə sanitariya – epidemioloji Qaydalarına dönmədən əməl olunmasına ciddi nəzarət olunur, həmin Qaydaların tələblərini pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM