Alternative content

08:09 05 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
01:22 05.08.2020 BİLDİRİŞ
01:22 05.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sergey Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
Sergey Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
ANA SƏHİFƏ / SİYASƏT
19:31 10.07.2020

Qoşulmama Hərəkatının sammitində Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının koronavirusa həsr edilmiş xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-də müzakirəsi iyulun 10-da başlanır, hərçənd xüsusi sessiyanın keçirilməsi müddəti hələ müəyyən edilməyib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bunu "Primakov qiraətləri” beynəlxalq elmi-praktiki forumda TASS agentliyinin sualına cavab olaraq bildirib.

Nazir deyib: "Əlbəttə, bilirik ki, Qoşulmama Hərəkatının, - bu Hərəkata bu il Azərbaycan başçılıq edir, - təşəbbüsü ilə Baş Assambleyanın COVID-19 mövzusuna həsr edilmiş xüsusi sessiyası çağırılacaq, lakin sessiya bir qədər sonra keçiriləcək. Bu gün, iyulun 10-da isə xüsusi sessiyanın çağırılmasında rəhbər götürüləcək qaydaların prosedur baxımından tərtibatı başlanır, çünki koronavirus infeksiyası şəraitində qeyri-adi distant formada çağırılan bütün tədbirlər təşkilati-prosedur məqamları baxımından razılaşdırılmalıdır. Ona görə də bu gün yalnız prosedur məqamları müzakirə ediləcək, xüsusi sessiyanın çağırılması tarixi isə hələ müəyyən edilməyib”.

S.Lavrov qeyd edib ki, BMT-də pandemiya ilə bağlı məsələlər üzərində işdə müəyyən nəticələr əldə edilib. Rusiyalı nazir vurğulayıb: "Mən düşünürəm ki, BMT-ni COVID-19 təhdidlərinə münasibət bildirmək baxımından gecikmiş, astagəl adlandırmağa əsasımız yoxdur. Baş Assambleya barədə danışmalı olsaq, o, artıq iki dəfə toplaşıb. Bu vəziyyətin ilkin mərhələsində koronavirusa qarşı mübarizə üzrə dünya birliyinin vəzifələrinə həsr edilmiş iki qətnamə qəbul edilib. Nəhayət, lap yaxın vaxtlarda Təhlükəsizlik Şurası COVID-19 barədə qətnamə qəbul edib. Biz bunu uzun müddət edə bilmirdik, çünki amerikalılar bu sənəddə Ümumdünya Səhiyyə Təşkilatının rolunun qeyd olunmasını qətiyyətlə istəmirdilər. Sonda həm bu rolu qeyd etməyə, həm də konsensusu təmin etməyə imkan verən sözlər tapıldı”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM