10 Iyul 2020 19:09
512
CƏMİYYƏT
A- A+

Paytaxt ərazisində hərəkətə texniki imkanlar və videokameralar vasitəsilə də nəzarət edilir


Paytaxtın bütün küçə və prospektləri polis əməkdaşlarının nəzarətindədir. Hərəkətə texniki imkanlar və videokameralar vasitəsilə də nəzarət edilir.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

İcazə ilə evdən çıxanlara da xəbərdarlıq edən V.Əsədov deyib: "Tövsiyə edirik ki, my.gov.az icazə portalına adınızın daxil edildiyinə əmin olduqdan sonra hərəkətə başlayasınız. Bəziləri adlarının olduğunu zənn edərək yola çıxır, polis saxlayanda isə gərginlik yaşanır. Əgər hərəkət etmək niyyətiniz varsa və adınızın portalda olduğuna inanırsınızsa, bir daha əmin olmaq üçün yoxlayın. Bundan başqa, üzərinizdə şəxsiyyət vəsiqəsini hazır saxlayın ki, yoxlama zamanı vaxt itkisi ilə qarşılaşma olmasın”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video