10 Iyul 2020 17:31
323
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Vətəndaşlarımızın məsuliyyətli davranması, dövlətlə birgə olması sayəsində vəziyyətin sabitləşməsinə nail olmuşuq


Rəqəmlərdə müəyyən sabitləşmə özünü göstərir, artıq yoluxanlarla sağalanlar arasında cüzi fərq nisbəti var. Bu da hər birimizi sevindirir. Lakin bu, bizi tam şəkildə qane edə bilməz.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 10-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Koronavirusa qarşı mübarizəmiz birgə səylərlə davam edir. Başa düşürük ki, isti yay günlərində vətəndaşlarımız, xüsusilə azyaşlı uşaqları olan ailələr üçün karantin şəraitində qalmaq çox ağırdır. Lakin biz birlikdə bu virusa qarşı mübarizə aparırıq. Vətəndaşlarımıza göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk. Vətəndaşlarımızın məsuliyyətli davranması, dövlətimizlə birgə olması sayəsində biz vəziyyətin sabitləşməsinə nail olmuşuq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video