10 Iyul 2020 17:30
492
CƏMİYYƏT
A- A+

Yaqut Qarayeva: Yoluxanlarla sağalanların sayı arasındakı kəskin fərq azalmağa doğru gedir


Bugünkü statistikaya görə, yoluxanların sayı ilə sağalanların sayının eyniləşdiyini demək olar. Yoluxanlarla sağalanların sayı arasındakı kəskin fərq azalmağa doğru gedir. Bu, onu deməyə imkan verir ki, bəlli bir sabitləşməyə nail ola bilmişik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri iyulun 10-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdiri bildirib ki, bu sabitləşməyə vətəndaşların qaydalara riayət etməsi ilə nail olunub: "Cəmiyyətimizdə xəstəliyə qarşı mübarizə özünü daha yaxşı göstərir. Vətəndaşlar daha ciddi şəkildə qaydalara riayət edirlər. Bunu marketlərdə, ictimai nəqliyyatda da müşahidə etmək olar. Xəstəliyin ağırlaşmasına inanan vətəndaşların sayı daha çoxdur. Hər birimiz qaydalara riayət edərək xəstəliyə qalib gələ bilərik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video