11:55 14 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qida Təhlükəsizliyi Agentliyi 93 müəssisədə qayda pozuntusu aşkarlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:19 10.07.2020

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və regionlarda fəaliyyət göstərən 49 ictimai iaşə obyekti, 115 ərzaq satışı mağazası olmaqla ümumilikdə 164 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 93-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Həmin müəssisələr arasında Bakı şəhərində "Baku store”, "Araz supermarket” (Qara Qarayev prospekti), "Cənub”, "Real”, "Yaxın”, "Qardaşlar”, "Xızı”, "Araz supermarket” (Sabunçu rayonu) marketlər, Məhəmmədov Məhəmməd İbadət oğluna, Əhmədov Pərvin Rahib oğluna, Hüseynov Elmuraz Zahid oğluna, Məmmədov İlqar Nofəl oğluna məxsus ərzaq mağazaları və Əliyev Habil Fərhad oğluna məxsus şirniyyat mağazası, Abşeron rayonunun Mehdiabad qəsəbəsində "Mikromart” market, Sumqayıt şəhərində "Nəriman” market, Əliyeva İradə Allahyar qızına və Umudova Mehriban Mustafa qızına məxsus ərzaq mağazaları , Quba rayonunda Almasov Müslüm Əmizadə oğluna məxsus market, Xaçmaz rayonunda Şərifov Kamal Mahmudağa oğluna, Əhmədov Murad Hakim oğluna, Kərimov Eyvaz Kərim oğluna, Ağayev Nizami Əmirağa oğluna, Nəsrullayev Baləhməd Hacıbəy oğluna məxsus ət satışı mağazaları, İsmayıllı rayonunda "Araz supermarket”, "Dost” marketlər, Abdullayev Elsevər Antik oğluna, Hüseynov Elşən Eldar oğluna, Hüseynov Anar Mirzağa oğluna və Həmzəyev Tural Rais oğluna məxsus ət satışı mağazaları, Şamaxı rayonunda Salahov Radim Teymur oğluna məxsus ərzaq mağazası, "Zəm-zəm” restoranı, "Ata yurd” kafesi, "Şamo” bazarı, Şirvan şəhərində Tərlanov İsmayıl Xasay oğluna və Dadaşov Zülfiyyə Hümbət qızına məxsus ərzaq mağazaları, Sabirabad rayonunda Məsimli Allahverdi Məsim oğluna məxsus ərzaq mağazası, Lənkəran rayonunun Şürük kəndində "Favorit” market, Cəlilabad rayonunda Məmmədov Pərviz Abdulrahman oğluna məxsus market, Bərdə rayonunda Novruzov Vüqar Rafiq oğluna, Məmmədov Rafiz Saqif oğluna, Əzimov Samir Cahangir oğluna, Əliyev Akşin Abil oğluna, Salahov Niyaməddin Raqub oğluna, Rəhimov Süleyman Ələddin oğluna, Səlimov Xəyyam Arif oğluna, Quluzadə Cavid Ələkbər oğluna, Kamalov Rəşad Rizvan oğluna, Nərimanov Azad İsmayıl oğluna, Əliyev Ramil Əhliman oğluna və Əsədova Lalə Əmir oğluna məxsus ərzaq mağazaları, Tərtər rayonunda Zeynalov Hüseyn Pərviz oğluna, Şirinov Elvin Vaqif oğluna və Məmmədov Asəf İlyas oğluna məxsus ərzaq mağazaları, Balakən rayonunda Məmmədov Qəhrəman Camaldin oğluna məxsus kafe, Zaqatala rayonunda Ağayev Şəhriyar Şaban oğluna məxsus kafe, Bağmanov Mahir Məhəmməd oğluna məxsus ərzaq mağazası, Qax rayonunda Əliyeva Ruqiyə Hacıbala qızına məxsus kafe, Gəncə şəhərində "Elmir”, "Mahir”, "Sərfəli”, "Ay-ulduz”, "Nubar”, "Aysberq” marketlər, Məmmədov Ramil İsgəndər oğluna, Binnətov Rafiq Şaməddin oğluna, Cabbarov Qəhrəman Mirəli oğluna məxsus ərzaq mağazaları, Ağstafa rayonunda Abutalıbov İlham Vidadi oğluna məxsus ət satışı mağazası, Dərvişov Qabil İmamqulu oğluna məxsus kafe və Əmirov Oktay Musa oğluna məxsus "Gülül” kafe, Qazax rayonunda "Xan sarayı” kafe, Tovuz rayonunda "Günel” market, Gədəbəy rayonunda "Kür” və "Təbriz” kafeləri, Şəmkir rayonunda "Uğur” kafe, Ucar rayonunda "Sərin”, "Göbələk”, "Nuş olsun”, "Tonqal”, "Qumlaq” və "City klub” kafelər, Şirinov Eldar Tapdıq oğluna, Məmmədov Mahir Məmmədəli oğluna, Musayev Mirbaba Mirismayıl oğluna, Cənnətov Akif Piralı oğluna məxsus kafelər, "Oba”, "Eleqant”, "24 saat”, "Aran”, "Real”, "Soltan”, "Elvin” və "Şirvan” marketlərdə daha çox uyğunsuzluqlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi Bakıda və regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM