16:09 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Deputat: Ölkədə karantin rejimin qüvvədə olması mövcud vəziyyətə uyğundur
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:12 10.07.2020

Hazırda dünya çox həssas bir dövr yaşayır. Koronavirus pandemiyası (COVID-19) dövlətlərin iqtisadiyyatına, həyatın bütün sferalarına, o cümlədən insanların psixoloji vəziyyətinə təsir etməkdədir.

Bu bir reallıqdır ki, pandemiyanın yayılması və insanların kütləvi surətdə COVID-19 virusuna yoluxmasının qarşısının alınmasında məhdudlaşdırıcı tədbirlər əsas rol oynayır və müsbət nəticələnir. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi çevik tədbirlər və zamanında qəbul edilən qərarlar mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, hazırda ölkədə vəziyyət nəzarətdə saxlanıla bilir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.

Deputat qeyd edib ki, bu il iyulun 6-da Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 800 çarpayılıq modul tipli hospitalın açılışında iştirak ediblər. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibə verib. Ölkə başçısının müsahibə zamanı qeyd etdiyi məqamlara xüsusi diqqət yetirməliyik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COVID-19 xəstələrinin sayı artır və bu da əlavə çarpayıların artırılmasını və müvafiq istiqamətdə işlərin gücləndirilməsini tələb edir. Buna görə dövlət tərəfindən vaxtında lazımi işlər görülür. Eyni zamanda, növbəti aylarda 1300 çarpayılıq yeni xəstəxananın istifadəyə veriləcəyi diqqətə çatdırılıb. Yəni, təqribən iki ay ərzində 2 mindən çox xəstə üçün nəzərdə tutulan xəstəxanaların istifadəyə verilməsi koronavirus infeksiyası ilə mübarizədə bizə əlavə imkanlar yaradacaq.

Prezident İlham Əliyev, həmçinin modul tipli xəstəxanaların inşasının davam etdirilməsini diqqətə çatdıraraq xatırladıb ki, dünyada heç bir ölkə bu pandemiyaya hazır deyildi. Biz ən kritik vəziyyətə hazır olmalıyıq.

"Hazırda ölkədə karantin rejiminin qüvvədə olması mövcud vəziyyətə uyğundur. Hamımız başa düşürük ki, evdə qalmaq indiki vaxtda o qədər də asan deyil və bu, insanlara psixoloji təsir edir. Ancaq Prezidentin də qeyd etdiyi kimi, məhdudlaşdırıcı tədbirlər vəziyyətə uyğun həyata keçirilir və bu gün karantin rejiminin qüvvədə qalması düzgün addımdır.

Biz əgər dünyada bəzi ölkələrə diqqət yetirsək görərik ki, onlar karantin rejiminin yumşaldılmasından sonra yenidən sərt formaya qayıtmaq məcburiyyətində qaldılar. Məsələn, bu yaxınlarda Britaniya hökuməti ölkədə karantin rejimini yumşaltdı, kafe, restoranlar müştərilərə açıq elan edildi. Ancaq bir neçə gün sonra bəzi kafeləri bağlamağa məcbur oldu, çünki orada koronavirus aşkarlanan müştəri olub. Avstraliyada da bu vəziyyəti müşahidə edə bilərik. Ölkənin ikinci ən böyük Melburn şəhəri növbəti dəfə sərt karantin rejiminə qayıtmaq məcburiyyətində qaldı. Bunlar bir daha göstərir ki, mövcud vəziyyətin idarə edilməsi heç də bütün ölkələrdə uğurla nəticələnməyib. Hazırda ölkəmizdə vəziyyətin nəzarətdə saxlanılması, insanların sağlamlığının qorunması istiqamətində atılan addımlar, mövcud nəzarət təbirləri ən doğru addım hesab edilir və təbii ki, bu işdə ölkə rəhbərinin uğurlu liderliyi açıq-aydın görünür”, -deyə H.Hüseynova bildirib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM