05:23 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pəhriz saxlayarkən qidalar balanslaşdırılmış şəkildə qəbul edilməlidir
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:41 10.07.2020
 
Pəhrizin orqanizm üçün çoxlu faydası var. Pəhriz saxlayanlardan bəziləri həkim məsləhəti, bəziləri isə öz bildiyi kimi qidalanmağa üstünlük verir. Mütəxəssislər bəzən diyeta ilə pəhrizi səhv salanların da olduğunu bildirirlər.

Həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Təəssüflər olsun ki, pəhriz dedikdə yalnız arıqlamaq, çəki atmaq üçün olan diyetlər nəzərdə tutulur. Diyetologiya yalnız arıqlamaqdan ibarət deyil. Burada hər bir xəstəliyə uyğun və hər kəsə fərdi qaydada pəhriz növləri nəzərdə tutulur”.

Xəstəliklər müəyyən edildikdən sonra ona uyğun pəhriz tətbiq olunmalıdır: "Ürək xəstəliyi, mədə-bağırsaq xəstəliyi olanların bir-birindən tam fərqli pəhrizləri var. Məsələn, böyrək xəstələrinə tərkibində daha az protein olan pəhrizlər məsləhət görülür. Ona görə bu fərdilik məsələsinə mütləq əməl olunmalıdır”.

Psixoloqların dediyinə görə, həddən artıq pəhriz saxlamaq müəyyən psixoloji problemlərə səbəb olur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva deyib: "Düzgün qidalanmamaq, pəhriz qidalarından rejimsiz istifadə etmək depressiya, narahatlıq, yuxusuzluq və digər problemlərə səbəb olur. Belə halda onlar sosial cəhətdən də özlərində məhdudiyyətlər qoyurlar, çünki düzgün qidalanmamaq düzgün olmayan həyat şəraitinə aparıb çıxarır”.

Pəhriz saxlayarkən qida rasionunda karbohidratlar, yağlar və zülallar balanslaşdırılmış qaydada olmalıdır.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM