Alternative content

15:32 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şamaxıda evsiz vətəndaşlar yeni mənzillərlə təmin olunublar
Şamaxıda evsiz vətəndaşlar yeni mənzillərlə təmin olunublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:32 10.07.2020


Şamaxıda istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan ikimərtəbəli yaşayış binasının söküntüsünə başlanılıb. Həmin binanın zirzəmisində çətin şəraitdə yaşayan altı ailə binanın digər sakinləri kimi artıq yeni binada yaşayacaq.

AZƏRTAC xəbər verir ki, Şamaxıda Azərbaycan küçəsində yerləşən yaşayış binası 1960-cı ildə inşa olunub. Bina istifadə müddətini başa vurduğundan yaşayış üçün yararsız hesab olunub. İki mərtəbədən ibarət binanın zirzəmisində məskunlaşan altı ailə 30 ildən çoxdur ki, burada yaşayırdı.

Ailələr Prezident İlham Əliyevin Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında müvafiq sərəncamı ilə inşa edilən 51 mənzilli ictimai yaşayış binasına köçürülüblər.

Yeni binada təmirli mənzillərlə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu çətin günlərdə onlara yaratdığı şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM