11:01 14 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İndoneziyada keçirilən “İçərişəhər - Bakının incisi” inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:32 10.07.2020


Azərbaycan Prezidenti İlham Əliyevin 27 fevral 2020-ci il tarixli sərəncamına əsasən İçərişəhərin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması çərçivəsində Azərbaycanın İndoneziyadakı səfirliyinin elan etdiyi "İçərişəhər - Bakının incisi” inşa müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, iyulun 9-da keçirilən tədbirdə qalibləri salamlayan səfir Cəlal Mirzəyev cari ildə İçərişəhərin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 ilinin tamam olması ilə əlaqədar dövlət başçısının sərəncamına uyğun olaraq, səfirlik tərəfindən inşa yazı müsabiqəsinin elan edildiyini bildirib. Səfir İçərişəhərin Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin yaşandığı məkan olduğunu, əcnəbi turistlərin də buranı sevərək ziyarət etdiyini vurğulayıb. Səfir indoneziyalı gənclərin müsabiqədə iştirakının sevindirici hal olduğunu, müsabiqəyə qatılmaqla onların Azərbaycanı yenidən və daha dərindən öyrəndiklərinə əminliyini ifadə edib.

İndoneziyanın müxtəlif ali məktəblərindən 20-dən çox gəncin iştirak etdiyi müsabiqədə birinci yeri Padjajaran Universitetinin tələbəsi Alvis Rahman Bhasuki, ikinci yeri ASEAN Gənclər Təşkilatının üzvü Aulia Asri və üçüncü yeri İndra İravan tutub. Qaliblər müsabiqədə iştiraklarının Azərbaycanı daha yaxından tanımaq üçün gözəl bir fürsət olduğunu qeyd edərək minnətdarlıqlarını bildiriblər və müsabiqənin qalibləri olduqları üçün özlərini xoşbəxt hiss etdiklərini söyləyiblər. Daha sonra qaliblərə səfirliyin xüsusi sertifikatları və pul mükafatları təqdim edilib.

Qeyd edək ki, İçərişəhərin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması çərçivəsində Azərbaycan səfirliyi tərəfindən İndoneziyada İçərişəhərin təsviri olan poçt markası buraxılıb. Azərbaycan Turizm Bürosu ilə birgə İndoneziya turizm şirkətlərinin iştirakı ilə "Azərbaycan: Bir daha bax və Bakının UNESKO siyahısına daxil edilmiş İçərişəhəri” adlı vebinar keçirilib və İndoneziya mətbuatında "UNESKO-nun irsi - İçərişəhər - Bakının incisi” məqaləsi yayımlanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM