Alternative content

10:32 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:28 09.08.2020 Musiqi ilə keçən ömür
00:26 09.08.2020 Ramana qalası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusa qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilib
Koronavirusa qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:31 10.07.2020


Qazax

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür. Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi istiqamətində həyata keçirilən işlərdən biri də əhali arasında aparılan maarifləndirmə tədbirləridir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahəyə xüsusi önəm verilir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri mütəmadi olaraq davam etdirilir.

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər biri 5 nəfərdən ibarət olmaqla yaradılmış 30 mobil qrup tərəfindən yaşayış məntəqələrində əhali arasında profilaktik-maarifləndirici söhbətlər aparılır, insanlara yazılı təbliğat materialları və maskalar təqdim edilir. Sakinlərlə maarifləndirici söhbətlər zamanı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ictimai nəzarəti gücləndirmək, toplu halında yığışmamaq, qoruyucu maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək, məsafəni saxlamaq, özlərində virusun simptomlarını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək tövsiyə olunur.

Tərkibində bir nəfər DİN əməkdaşı olmaqla Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir, habelə fərdi izahetmə-xəbərdarlıq işi aparırlar.

Artıq bir neçə gündür ki, mobil qrup üzvləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə "Dövlətə dəstək olaq”, "Qaydalara riayət edərək insanların sağlamlığını qoruyaq” devizi altında əhali arasında növbəti maarifləndirici tədbir həyata keçirirlər. Əhalinin sıx toplaşdığı parklarda, avtovağzalda və digər yerlərdə vətəndaşlarla, əsasən yaşlı sakinlərlə görüşərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əməl edərək 5 nəfərdən artıq qruplarda cəmləşməmələrini, ara məsafəsinin gözlənilməsini, tibbi maskadan istifadə etmələrini tövsiyə etmişlər.

"Qazax Avtovağzal” ASC-nin qarşısında, mərkəzi bazarda və ətraf ərazilərdə, "Fəxri Qazaxlılar”, "Dədə Qorqud”, "Səməd Vurğun” parklarında, "Səməd Vurğun” bağında, "Əsədoğlu” marketin qarşısında, eləcə də əhalinin kütləvilik təşkil etdiyi qapalı və açıq ərazilərdə aparılan maarifləndirmə və təbliğat zamanı əhalinin bir qisminin hələ də karantin rejiminin tələblərinə ciddi yanaşmamasını müşahidə edən mobil qrup üzvləri bir daha vətəndaşların son dərəcə məsuliyyətli olmalarını bildiriblər. Xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələrini xahiş ediblər.

Maarifləndirmə zamanı qrup üzvləri vətəndaşlara istər ictimai nəqliyyatda, istərsə də qapalı məkanlarda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən, pozuntu hallarına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcəyini bildiriblər. Vətəndaşlara tibbi maska paylayan qrup üzvləri ondan istifadənin hər birimizin, xüsusən də doğmalarımızın, yaxınlarımızın, cəmiyyətimizin hər bir fərdinin sağlamlığı üçün vacib olduğunu bir daha əhalinin nəzərinə çatdırıblar.


Gədəbəy

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin, rayonun hüquq mühafizə orqanları rəhbərlərinin və İcra aparatında yaradılmış qərargah üzvlərinin iştirakı ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə bağlı rayonun müxtəlif ərazilərində reyd keçirilmişdir.

Reyd iştirakçıları rayonun mərkəzində yerləşən ictimai iaşə obyektlərində və ərzaq mağazalarında olmuş, vətəndaşlarla, satıcılarla söhbət etmiş, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə maraqlanmışlar.

Reyd zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasının əhalinin sağlamlığına vura biləcəyi zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılmışdır. Bir daha vətəndaşların müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməsinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə etməklə sosial məsafənin gözlənilməsinin vacibliyi qeyd edilmişdir. Tətbiq olunan karantin rejimində qarşıya qoyulan tələblərin əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcəyi faciəvi nəticələri qabaqlamağa xidmət etdiyi diqqətə çatdırılmışdır.

Eyni zamanda ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilmişdir.

Tövsiyələri razılıqla qarşılayan sakinlər koronavirus pandemiyası ilə mübarizədə ölkə Prezidenti İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışlamış, karantin dövründə həm dövlət tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə göstərilən maddi və mənəvi dəstəyə görə minnətdarlıq etmişlər. Onlar karantin rejiminin tələblərinə bundan sonra da ciddi əməl edəcəklərini bildirmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM