Alternative content

10:19 12 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:14 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fəaliyyətimizdən hamı razıdır
Fəaliyyətimizdən hamı razıdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:20 10.07.2020


Prezident İlham Əliyevin ölkədə 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında sərəncamı bir daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, onların potensialına olan tükənməz inamın göstəricisi, könüllü gənclərimizin fəaliyyətinə verilən ali dəyərdir.

Mən də mədəniyyət sahəsində fəaliyyət göstərən könüllü olaraq vətənpərvərlik hissinin daha da dərinləşməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında səy və bacarığımı əsirgəmirəm. Həmçinin Ulu Öndərin adını daşıyan mərkəzin könüllüsü olaraq Heydər Əliyev irsinin gənclər arasında təbliğini həvəslə həyata keçirirəm.

Aparılan işlərin əsas istiqamətlərindən biri Qarabağ əlillərinə, ahıllara, şəhid və aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə kömək etməkdir. Biz mədəniyyət könüllüləri olaraq bu sahələri daim diqqətimizdə saxlayırıq. Belə ki, həftənin müəyyən edilmiş günlərində şəhid ailələrinə baş çəkir, onlarla maraqlanır, həyət və baxçalarında təmizlik işləri aparır, səliqə-sahman yaradırıq. Bayram günlərində həmin ailələrə sovqatlar çatdırırıq.

Bərdə Regional Mədəniyyət İdarəsinin bir çox tədbirlərində mədəniyyət könüllüsü olaraq iştirak etmişik.

2020-ci ilin "Könüllülər ili” elan edilməsi ilə əlaqədar "Gənclərlə əl-ələ”, "Könüllülük mədəniyyətinin formalaşmasında gənclərin rolu”, xalq mahnılarından ibarət "Musiqili xatirələr” karaoke yarışmasında iştirak etmişəm.

Pandemiya dövründə Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük” çağırışı mədəniyyət könüllülərinin şüarına çevrilmişdir. Xüsusilə 65 yaşdan yuxarı, tənha insanlara kömək məqsədilə onlara ərzaq və əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. işlərin görülməsində yardımlar edirik. Bu, üzvü olduğum cəmiyyətə qayğı və diqqətdir, xeyirxahlıq missiyasıdır. Bundan qürur duyur, könül rahatlığı tapırıq.

Karantin dövründə insanlarda xoş əhvali-ruhiyyə yaratmaq üçün biz fərqli mövzularda və istiqamətlərdə videoçarxlar hazırlayaraq sosial şəbəkələrə yerləşdiririk.

Nigar HÜSEYNZADƏ,

Tərtər rayonu, Heydər Əliyev Mərkəzinin könüllüsü





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM